Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

Millimizin kapitanı: "Ukrayna ilə matça qələbə üçün gedirik" - MÜSAHİBƏ

Azərbaycanın U-21 millisinin kapitanı Fərid Yusifli Latviyaya qarşı keçirilmiş "Dalğa Arena"da yoxlama matçından (1:0) sonra Pressing.az-a müsahibə verib.

- Latviyaya qalib gəlməyi bacardınız. Görüş sizin üçün necə alındı?

- İndi zəif rəqib yoxdu. Reytinqlərə baxanda isə Latviya bizimlə elə eyni səviyyədə komandadı. Yaxşı oyun alındı. Qol epizodlarımız çox oldu, amma yararlana bilmədik. Əsas odur ki, qələbə qazandıq.

- İkinci hissədə sanki əsas diqqətiniz nəticəni qoruyub saxlamağa yönəlmişdi. Hücumlarınız çox da olmadı...

- Ola bilər. Baş məşqçimiz Samir Əliyevin də fikri o idi ki, uşaqların çoxuna oynamaq şansı versin. Düzdü, daha çox qol vurmağı fikirləşirdik. Amma şanslardan yararlanmağı bacarmadıq. Hər halda, 1:0 qalib gəldik.

- Ukrayna ilə oyundan əvvəl Latviya sizin üçün nə qədərə uyğun rəqib idi?

- Ukrayna U-21 yığması reytinqdə çox öndədi. Dünya çempionatlarında da qalib gəlmiş komandadı. Qrupda İngiltərəni də məğlub ediblər. Biz də həmin matçda əlimizdən gələni edəcəyik. Allah qoysa, yaxşı olar.

- Güclü rəqiblə matçda futbolçularımızın ayaqları əsməyəcək ki?

- Əlbəttə ki, yox. Yaxşı olacaq.

- Kapitan kimi komandanı oyuna necə kökləyəcəksiniz? Elə oyunçularımız var ki, I Liqada oynayaraq Ukrayna önünə çıxacaq...

- Doğrudu. Özüm də yığmanın kapitanıyam, amma Əvəzedici liqadan bura gəlmişəm. Hər nə qədər “Neftçi”nin əsas komandasında məşq etsəm də, reallıq belədi. Ukrayna yığmasının üzvləri isə “Şaxtyor”, Kiyev “Dinamo”su kimi klubların heyətində avrokuboklarda çıxış edirlər. Transfer qiymətləri də bizdən çox yüksəkdi.

- Ukrayna ilə görüşdə 1 xal qazanmaq da bizim üçün böyük sensasiya olar. Buna imza ata bilərsiniz?

- Hər şey ola bilər. Ukrayna ilə matça qələbə üçün gedirik. 1 xal qazanacağı, yoxsa 3, onu Allah bilir.

- Ukrayna neytral meydanda oynayacaq. Bu, sizə üstünlük qazandırır?

- Bəli, özü də çox. Ukraynalıların dəlisov azarkeşləri olur. Özüm də uşaq vaxtı orda oynamışam. Neytral meydanda yəqin ki, tənha olacaqlar. Düşünürük ki, hər şey bizim üçün yaxşı alınacaq.

- Klub karyerandan nə dərəcədə razısan?

- “Neftçi”də oyunçular çoxdu, xüsusilə də öz mövqeyimdə. Buna görə rəqabət böyükdü. Hələ ki şans gözləyirəm. Qışda xeyirlisi olsun, görək də.

- Yəni, qış fasiləsində başqa kluba getməyi düşünürsən?

- Onu həmin vaxt biləcəyik. İndidən dəqiq bir söz demək olmaz. Qışda hər şey dəqiqləşəcək.

- “Zenit”lə görüşdə oynamayacaqsan. “Neftçi”dən nə gözləyirsən?

- Komandamızda çox oyunçu yoxdu. Millidə olanlar var, üstəlik, zədəlilərimiz də az deyil. Amma yenə də meydana çıxacaq yaxşı futbolçularımız var.

- Bu ilin iyulunda Sankt-Peterburqda “Zenit”ə qarşı oynamışdın. Həmin oyunu necə xatırlayırsan?

- Orda ab-hava tamam fərqli idi. Səviyyə fərqi də görünür. Atmosferi xatırlayıram. Yoldaşlıq oyunu olsa da, sanki avrokubok matçına çıxmışdıq. Mənim üçün böyük təcrübə idi.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib