Xəbər lentiwidget-title-icon

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə

Millimizin üzvü: “İndi bunun davamını gətirməliyik” – MÜSAHİBƏ

Avropa çempionatının ilkin mərhələsində ilk oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Kosovonu məğlub edib.

Pressing.az xəbər verir ki, 4:1 hesabı ilə yekunlaşan görüşdə dubl edən və əzmkar oyunu ilə seçilən komandamızın üzvü Ədalət Ələkbərov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:

- Oyunla bağlı təəssüratlarını bölüşərdin...

- Çətin görüş oldu. Bura niyə gəldiyimizi bilirdik. Bakıda olanda da federasiya rəhbərliyi komanda ilə görüşündə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.

- Sanki iki fərqli hissə oldu. Fasilədə baş məşqçi nələrə diqqət etməyi tapşırdı?

- San Marinoya dünən gəldik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaratmışdı. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək. Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Deməzdim həyəcanlı idik. Düzdür, bu cür oyunda ilk dəfə iştirak edirdik. İkinci hissədə demək olar, onlara heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib oyun San marino ilə matçdır.

- Bu U-19-un ilk qələbəsi kimi tarixə düşdü. Statistika necə, motivasiya baxımından təsir etdimi?

- Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik. Gözəl ölkəmizə ancaq qələbələr yaraşır. Bunu bacardığımıza görə çox şadıq. Ancaq rahatlaşmaq olmaz.

- Dubl etdin. Hər iki qoldan sonra xüsusi jestlə diqqət çəkdin. Bu qolları kimə ithaf etdin?

- Dünyasını dəyişən atamın adının baş hərfini – M (atasının adı Məzahirdir) - tutdum. Əvvəlcədən söz vermişdim, hətta ailəmə - anama, qardaşıma, bacıma bildirmişdim ki, qol vursam, bu jesti edəcəyəm. Çox şükürlər olsun ki, ilk növbədə qələbə qazandıq və mən də arzuma çatdım. Valideyinin əziyyətini heç bir övlad itirə, unuda bilməz.

- Növbəti rəqib meydan sahibi San Marinodur. Onların oyununu izləmisiniz. Bu rəqiblə bağlı nələri qeyd etmək istərdin?

- Bizim üçün dəyişən rəqibin adıdır, amma oyuna yanaşma, intizam yerində olacaq. Bu gün qələbə qazandıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidir. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

Oxşar xəbərlər

Bütün xəbərlər