Yankoviç oynadı, komandası xal qazandı
UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turun oyunları keçirilir.
Pressing.az xəbər verir ki, bu günə 4 qrup üzrə nəzərdə tutulan 8 oyundan üçü artıq başa çatıb.
"Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistan yığması ilə qarşılaşıb. Görüş Monteneqronun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Marko Yankoviç matça start heyətində başlayıb və sona qədər meydanda olub.
Latviya Kiprlə qolsuz heç-heçəyə razılaşıb - 0:0.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi Gürcüstan - Ukrayna matçında da komandalar fərqlənə bilməyib.