Ayxan Abbasov: "Sevindirici hallar çox oldu"
Azərbaycan milli komandası növbəti matçını keçirib. Millimiz Andorra üzərində inamlı qələbə qazanıb - 3:1.
Pressing.az xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk növbədə qalib gəlmək istəyirdik. Yoldaşlıq görüşü olsa belə, bu gün ikinci məqam Eminin son oyunu idi. İstəyirdik Emin də yaxşı, parlaq oyunla milli komandaya karyerasını bitirir. Onu yaxşı uğurlayaq. Sevindirici hallar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Belə deyək, milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. Və dediyim kimi, baxmaq lazımdır, oyundan-oyuna istədiyimiz oyuna yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik. Məncə, bu ili götürsək, bu il bir məğlubiyyətimiz oldu, bu, yaxşı haldır. Qrup mərhələsində bir qol buraxmışdıq, o da penaltidən. Belə götürsək, komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üst komandalarla qarşılaşanda buna hazır olaq. Ümumiyyətlə, hər kəsə çox sağ ol dedim. Oyunun axırında Xaybullayev zədələndi, 10 nəfərlə qalma ehtimalımız var idi, çünki əvəzetmə bitmişdi, amma israrla oyuna girmək istədi. Bunlar məni sevindirir, yəni komandada xarakterli futbolçular daha çoxalıb".