Xəbər lentiwidget-title-icon

"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda
"Real"ın "Barselona" üzərində çətin qələbəsi - VİDEO
Azərbaycan boksçularından dünya çempionatında 2 medal
Azərbaycan yığması İsrailə qalib gəldi
"Zirə"nin Rəşad Sadıqovla 250-ci oyunu
“Qarabağ” “Dinamo” Zaqreblə qarşılaşacaq
ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Renat Dadaşovun komandasından heç-heçə
"Sabah" - "Qarabağ" oyunundakı maraqlı anlar - VİDEO
"İmişli"nin qələbəsi - VİDEO
"Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik" - Valdas Dambrauskas
Qurban Qurbanov: “Belə hallar dünya futbolunda da olur”
"Sabah" - "Qarabağ" oyununda "sülh", "İmişli"dən qələbə - YENİLƏNİB
"Sabah" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
AFFA prezidenti millinin oyununu izləyib
“Neftçi” məğlub oldu

Almanların təşvişi, azərbaycanlıların sevinci

Yenə "Tofiq Bəhramov", yenə "Qarabağ"ın ÇL macərası... Onminlərlə azarkeş bu atmosfer üçün darıxmışdı. Necə deyərlər, "Qarabağ" qış fasiləsində yaranan futbol "aclığı"nı aradan qaldırdı.

Hava yağmursuz, küləksiz olsa da, kəskin soyuq vardı. Hətta futbolçular meydançada topa hər toxunduqca ot örtüyündən qalxan qırov dənəcikləri havada necə şaxta olduğunu göstərirdi. Matç 21:45-də başlasa da, 3 saat əvvəldən "hadisə yerində" idim. Mərkəzi arenanın mətbuat nümayəndələri üçün ayrılmış otağında xeyli jurnalist vardı. Onların arasında təbii ki, Frankfurtdan gələn həmkarlar da az deyildi. Təxminən 10-a yaxın almaniyalı jurnalist oyunu işıqlandırmağa gəlmişdi. Lakin mimikalarına baxanda sanki qarşılaşmanın hansı sonluqla bitəcəyini bilirmişlər kimi bir təəssürat yaranırdı. Çünki son günlər "Ayntraxt"da baş verən proseslər bunu sezməyə əsas verirdi. Fürsətdən istifadə edib, onlarla söhbətləşməyə başladım.

Frankfurt şəhərində radio şirkətinin əməkdaşı olaraq çalışan alman həmkarımla qısa dialoqumu təqdim edirəm:

- Oyundan gözləntiniz nədir?

- (Ah çəkir, bir qədər fikrə gedir) Nə deyim, açığı, "Ayntraxt" adına müsbət heç nə gözləmirəm.

- Niyə?

- Vəziyyətimizi görürsüz. Oyuna 2 gün qalmış klubda dəyişikliklər oldu. Əsas heyət üzvlərinin yarısı meydanda olmayacaq. Ən zəif nöqtəmiz isə qapı xəttidir. "Qarabağ" bundan maksimum yararlanacaq (gülür).

- Bu, hər iki komanda adına pley-off mərhələsinə yüksəlmək üçün son şansdır...

- Əlbəttə. Bu oyunda məğlub olsaq, demək olar ki, Çempionlar Liqası ilə vidalaşacağıq. Çünki son turda "Tottenhem"lə oynayacağıq. Yenə də bu, futboldur, hər şey ola bilər.

***

Fit verilir və "Qarabağ" oyuna dominant başlayır. Elə ilk dəqiqələrdən açıq oyun gedir. Matçda hesabı da Ağdam təmsilçisi açır. Lakin çox keçməmiş almanlar bərabərlik topunu vurur.

"Ayntraxt"ın qolu sırf ustalıq sayəsində gəldi. Çünki sınıq-salxaq heyət, bu cür oyunla davamını gətirmək çətin görünürdü. Rəqibin ən təhlükəli nöqtəsi isə Ritsu Doanın çıxış etdiyi sağ cinah idi. Xatırlayırsınızsa, yaponiyalı vinger 3 il əvvəl "Frayburq"un heyətində "Qarabağ"a qol da vurmuşdu. Elə bu qol da onun keçidindən sonra verdiyi ötürməylə reallaşdı. Bəsit bir epizod və qol...

Hava nə qədər şaxtalı olsa da, matçdakı dinamika düşmürdü, temp ölmürdü. İkinci yarıda isə hakimin tərəddüdsüz təyin etdiyi penalti tribunaları özündən çıxardı. Yenə "Qarabağ"a qarşı hakim ədalətsizliyi, ikili standartlar məsələsi aktuallaşdı. "Can üstdə" olan almanlar təbii ki, bu fürsəti əldən verməyəcəkdilər, vermədilər də.

Amma "Qarabağ" oyundan qopmadı. Yenidən tabloda bərabərlik əks olundu. Təmsilçimizin hesabı bərabərləşdiyi epizodda qol və məhsuldar ötürmədən çox Yankoviçin "açar" ötürməsi şedevrallığı ilə göz oxşadı. "Yanko" yenidən təsdiqlədi ki, bu komandanın onurğa sütunudur.

Əksəriyyət matçın bu hesabla bitəcəyini gözlədiyi anda 28 yaşlı azərbaycanlı balası - Bəhlul Mustafazadə səhnəyə çıxdı. Bəlkə də bu Bəhlulun karyerasında ən vacib qolu olacaq. Bu qol "Qarabağ" üçün Çempionlar Liqasında pley-off mərhələsinin qapılarını araladı.

Qarşılaşmanın final fiti verilər-verilməz arxaya dönüb, matçdan əvvəl söhbətləşdiyim almaniyalı həmkarıma baxdım. Mənə yaxınlaşaraq "Gördünüzmü, sizə demişdim. Hazırkı durumda bundan yaxşısını edə bilməzdik", - dedi.

Deməli, almanların təşvişi boşuna deyilmiş. Halbuki "Ayntraxt"la "Qarabağ"ın Çempionlar Liqası təcrübəsi arasında fərqə əsasən, qonaqlar daha rahat olmalı idilər...

Xülasə, "Qarabağ" Azərbaycan futbolu adına növbəti tarixin astanasındadır. İş böyük ölçüdə görülüb, son turun nəticələrindən də çox şey asılı olacaq. Amma Ağdam təmsilçisi bura qədər əla qrafik cızıbsa, turnir cədvəlində o qədər adlı-sanlı klubu qabaqlayıbsa, niyə də pley-offa adlamasın..?

Yaxşı olacaq...

Daşqın Əziz

Oxşar xəbərlər


Bütün xəbərlər

"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda
"Real"ın "Barselona" üzərində çətin qələbəsi - VİDEO
Azərbaycan boksçularından dünya çempionatında 2 medal
Azərbaycan yığması İsrailə qalib gəldi
"Zirə"nin Rəşad Sadıqovla 250-ci oyunu
“Qarabağ” “Dinamo” Zaqreblə qarşılaşacaq
ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Renat Dadaşovun komandasından heç-heçə
"Sabah" - "Qarabağ" oyunundakı maraqlı anlar - VİDEO
"İmişli"nin qələbəsi - VİDEO
"Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik" - Valdas Dambrauskas