Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

Laurentsiu Regekampf: “Neftçi”yə çempionluq yolunda kömək edə biləcək yeganə şəxs mənəm" – MÜSAHİBƏ

Bugünlərdə "Neftçi" ilə müqaviləsinə xitam verilən rumıniyalı mütəxəssis Laurentsiu Regekampf Pressing.az-ın suallarını cavablandırıb.

- Xatırlayırsızsa, bu yaxınlarda saytımıza açıqlamanızda demişdiz ki, “Nefçti”də işinizi davam etdirəcəksiniz, amma Bakıya qayıtdıqdan sonra bunun əksi oldu. Hətta klub prezidenti Kamran Quliyev Azərbaycan Kubokunun final oyunundan əvvəl bildirmişdi ki, sizinlə yola davam edəcəklər. Nə baş verdi?

- Bilmirəm... Bəlkə də artıq dəyişiklik etmək lazım olduğu qənaətinə gəlmişdilər. Bunu normal qarşılayıram. Amma hazırda komandanı və Azərbaycan futboluna bələd olduğum üçün deyə bilərəm ki, “Neftçi”yə çempionluqda kömək edə biləcək yeganə şəxs mənəm.

- İşdən çıxarılacağınızı gözləyirdizmi?

- Xeyr, çünki bir planım vardı. Tətil boyu yeni oyunçular tapmağa çalışırdım. Gözlənilməz oldu...

- Sizə təzminat ödənilibmi?

- İş hələ bankdadır (gülür).

- Əgər nə vaxtsa “Neftçi” rəhbərliyi peşman olsa, kluba baş məşqçi kimi qayıdacaqsız?

- Bəli, çünki işlədiyim bütün oyunçular və insanlar məni tanıyır, hörmət edir və səviyyəmi bilirlər. Bakıya kömək etmək məqsədilə gəlirəm. Bunu pul üçün etmirəm. Çünki Rumıniyadakı maaşım daha yüksəkdir. Azərbaycana gələndə "Neftçi" üçün çox çətin dönəm idi. İndi isə yeni düzən qurulub artıq. Düşünürəm ki, "Neftçi" çox yüksək səviyyəyə gətiriləcək. Amma onlar (rəhbərlik - red.) məni, imkanlarımı yaxşı tanımırdılar. "Neftçi" mənim üçün çox önəmlidir.

- Rusiyada keçirilən turnirdə Emin Mahmudovun adı yoxdur. Görünür, Emin yeni müqavilə imzalamaqdan imtina edib. Sizcə, Emin niyə yeni sözləşmə imzalamayıb? Bu yaxınlarda Mahmudovla görüşmüsüz. Onu razı sala bilərsiz?

- Bakıda idim və Eminlə görüşdüm. "Neftçi" ilə bağlı böyük planlarım vardı. Mən yeni baza, ofis və otel inşa olunması üçün təklif verəcəkdim. Güclü akademiya qurmalı və yeni güclü futbolçularla güclənməli idik. O futbolçuların içində ilk istəyim də Emin idi. Mənim üçün Emin "Neftçi"nin yenidən qurulmasının açarıdır. Çünki "Neftçi"yə bu komandaya bağlı olan oyunçular lazımdır.

- Əgər qayıtsaz, Emin Mahmudov yeni müqavilə imzalayacaq?

- Eminin adından danışa bilmərəm. Amma belə olsa, gedib Emini inandırmağa çalışacağam. Nə baş verdiyini bilmirəm, amma Emin qalıb, güclü "Neftçi"qurmalıdır. Bu, çox vacibdir!

- "Ağ-qaralar"ın Konfrans Liqasındakı şanslarını necə dəyərləndirirsiz?

- "Neftçi"nin qrup mərhələsinə düşmək üçün böyük şansları var. Yeni oyunçular üçün 3 aydır işləyirdik. Düşərgədə məşq etməyi planlaşdırırdıq. "Neftçi"ni layiq olduğu yerə gətirmək üçün çox çalışdım. Azarkeşlərin xoşbəxt olmadığını bilirəm, amma indi yeni planlar 100% fərqlidir. Keçən il işləmək üçün bu cür insanlar yox idi və komanda yaxşı oynamırdı. Çünki həll edilməsi labüd olan problemlər vardı. Mən yeni İdarə Heyətinə çox əminəm. İnanıram ki, onlar "Neftçi"ni idarə etmək barədə çox məlumatlı və ciddidirlər. Hamısına təşəkkür etməliyəm, çünki mən və işçilərimlə çox düzgün davrandılar. Mən, həqiqətən, bunu gözləmirdim, lakin bu, həqiqətdir.

Elsevər Muradzadə

Oxşar xəbərlər