Mahir Emreli qələbəyə töhfə verdi
Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.
Pressing.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Legiya"nın qonağı olub. Qarşılaşma "Rakuv"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli keçmiş komandasına qarşı oyuna start heyətində başlayıb. O, görüşün 58-ci dəqiqəsində Erik Otienonun vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. Emreli 73-cü dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Rakuv" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Legiya" isə 24 xalla 3-cü sıradadır.