"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
"Şamaxı" klubu Misli Premyer Liqasının XI turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.
Pressing.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə təşəkkür edirəm, başda cənab prezident olmaqla. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq arzulayıram. "Sabah"a qarşı oynayırdıq, bilirdik ki, rəqib necə komandadır. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən elit komandalarından birinə qarşı oynayırdıq. Uşaqlara tapşırmışdıq ki, döyüşsünlər. Meydanda əsl mübarizə gördük. Bir xalı qazandıq. Daha çoxu da ola bilərdi. "Sabah"a uğurlar arzulayıram".