Xəbər lentiwidget-title-icon

Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə

"Heç kim deyə bilməz ki, Azərbaycanda Qurban Qurbanovdan böyük məşqçi var" - Azər Bağırov

"Araz-Naxçıvan" klubu Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Hirsli başla nələrisə demək düzgün olmaz. İkinci hissədə daha yaxşı oynadıq. Məğlubiyyətdən nəticə çıxarırıqsa, bu, qələbədir.

- Nəticənin bu cür olmasının əsas səbəbi nədir?

- Yerli futbolçular baxımından rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Legionerlərlə bağlı problem yoxdur. Bu gün Bayraməlini meydana buraxdıq. Özünü göstərməyə çalışdı. Kimisə qazandırmaq, yoxdan var etmək istəyirik. Maksimum edə biləcəyimiz budur. Əsas sıxıntımız yerli oyunçuların kasadlığıdır.

- Ötən turda "Qarabağ" üzərində qazanılan qələbə arxayınlıq yaratmamışdı?

- İnanmıram belə bir şey olsun. Vacib olan odur ki, nə etdiyimizi bilirik. Uduzduğumuz zonaları bilirik. Bunun üzərində çalışmaq lazımdır.

- Orxan Əliyevi start heyətində görəcəyik?

- Son iki oyunda Orxan heyətdə idi. Bu gün onun səhhətində problem var idi. Zəhərlənmişdi.

- Avrokuboklar hədəfiniz var?

- Bu haqda düşünmürük. Bizim işimiz komandanı oyundan oyuna hazırlamaqdır. Qış fasiləsinə kimi maksimum xallar yığmağa çalışacağıq. Bu gün "Araz-Naxçıvan" üst pillələrdədirsə, başımızdan yuxarı tullanmışıq.

- Mövsüm başlayanda əsas hədəf liqada qalmaq idi?

- Yox. Hədəfimiz sırf çempionatda qalmaq deyildi. Realist olmaq lazımdır. Şəraitimiz çoxlarından aşağıdır.

- Qış fasiləsində transfer etmək istədiyiniz yerli oyunçular var?

- Var. Amma klubları onları bizə verəcək-vermeyəcək, bu sual altındadır. Transfer pəncərəsi zamanı dəvət göndərəcəyik. Müqaviləsi ölən oyunçu ilə danışmaq etik deyil, bizə yaraşmır.

- Kinorejissor Tahir Tahirov sizi ölkənin bir nömrəli baş məşqçisi hesab edir. Buna münasibətiniz necədir?

- Tahir müəllim "Qarabağ"la oyundan sonra bir az emosiyalara qapıldı. Bizim sevdiyimiz şəxsdir. Heç kim deyə bilməz ki, Azərbaycanda Qurban Qurbanovdan böyük məşqçi var. Tahir müəllim naxçıvanlıdır, Naxçıvan futbolunu sevir.

Oxşar xəbərlər


Bütün xəbərlər