Xəbər lentiwidget-title-icon

Fizuli Məmmədov: "Komandamız hələ tam hazır deyil" – AÇIQLAMA
Ərəb klubundan 64 milyon avroluq transfer
Kamerunlu futbolçu "Şahdağ Qusar"da - RƏSMİ
"Kəpəz"də daha bir legioner - RƏSMİ
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzub
"Şəfa" "Qəbələ" ilə heç-heçə etdi
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub – FOTOLAR
İngiltərə klubunda ayrılıq
Azərbaycan yığmaları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
"Siti"dən Xusanov qərarı
Neftçi” Çempionlar Liqasında final oyununa çıxacaq
Abşeronda U-14 və U-16 Avropa Cüdo Ümidləri Turniri başlayıb
Fizuli Məmmədov: "Neftçi" səfərdə qalib gəlib, mərhələni keçə bilər" – AÇIQLAMA
40 yaşlı Vozinyanın yeni klubu - RƏSMİ
Argentina millisində ayrılıq
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılacaq
"Kəpəz"dən daha bir transfer - RƏSMİ
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim edilib
"Şəfa"nın növbəti yoxlama oyunu
Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib

Azər Bağırov: "Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 13-cü turunda öz meydanında "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Yaxşı, vacib qələbə qazandılar. Biz də ümumi götürəndə "Qarabağ"la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik. Epizodlarla nəsə edirik. Ancaq bu, istədiyim "Araz-Naxçıvan" deyil hələ.

- Rəqibin düşərgəsində xaotik vəziyyət var idi. Belə rəqibə qarşı oynamaq çətin idi? Komandanızda arxayınlıq var idi?

- Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, "Kəpəz" hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücuma keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik.

- Miça Kuzmanoviçin son oyunlarda enişi nə ilə əlaqədardı?

- Razıyam, düşüş var. Fərdi söhbətdə ona demişəm. Beş tur yaxşı oynadı, daha sonra demək olar ki, çox eniş var. İstəyir ki, nəsə etsin. Sadəcə rəqiblərin onu yaxşı analiz etməsinə görə, kreativliyi artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik.

- Komanda mövsümün əvvəlində hazırlıq keçməmişdi. Demək olar ki, onun əziyyətini çəkməyə başlamısız?

- Deməzdim. Futbolda belə hallar olur. "Qarabağ"a qarşı yaxşı oynadıq, sonra "Sumqayıt"a məğliubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür.

- Elvis Maşikenin ehtiyatdan meydana çıxması nə ilə bağlıdır?

- Əlimdə hücumçu olsa, yerli oynadaram. Yerli futbolçu çatışmazlığımız var.

- Futbolçular "Qarabağ" üzərində qələbənin ab-havasında qalıblar?

- Elə bir şey yoxdur. Futbolçularla təmasdayıq. "Qarabağ"la matç haqda bir kəlmə də danışmırıq. Önümüzə baxırıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır.

Oxşar xəbərlər

Bütün xəbərlər