Xəbər lentiwidget-title-icon

Azərbaycanda voleybol klubunun adı dəyişdirilib
"Turan" CEV Çempionlar Liqasında mübarizəyə start verir
"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırıldı
UÇL: “Qalatasaray” bu gün “Sportinq”lə qarşılaşacaq
9 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları"nda 10-cu tur start götürüb - NƏTİCƏLƏR
Mahir Emrelinin komandasında yeni baş məşqçi
Zubirin Ərəbistan klubuna transferində problem yarandı
Fərid Qayıbov Filip Judanı qəbul edib
Braziliyalı hücumçu "Sabah"da
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edir
Azərbaycan atleti dünya çempionu olub
Azərbaycan idmançıları üçün Belarus sınağı
Niderland klubunda ciddi itki
ÇL: "Real" "İnter"ə, "Mançester Siti" "Portu"ya qalib gəldi
Koreyalı futbolçu Azərbaycan klubunda - RƏSMİ
İkinci Liqa: “Kür-Araz”la “Hypers”dən darmadağın
Kifayət Mustafayevaya UEFA-dan təyinat
2-ci liqada 2 turun təqvimi açıqlanıb
"Sabah"da növbəti ayrılıq - RƏSMİ
Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub
Azərbaycan konkurçusu Belçikada 2-ci olub
“Qəbələ” futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
"Sabah"la oyun öncəsi "Mançester Yunayted"də itki
Daha bir futbolçu karyerasını bitirib

Azər Bağırov: "15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz"

"Mənim üçün maraqlı oyun oldu. Üçüncü və dördüncü dövrə maraqlı olacaq. Komandaların hamısı güclənib. Yeni futbolçularımızdan,oyunçularımdan razı qaldım. “Qarabağ”ı təbrik edirəm və qarşıdakı matçlarda onlara uğurlar arzulayıram. Bu gün “Qarabağ”a qarşı oynayırdıq. Yeni yaranmış “Araz-Naxçıvan”, avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, mənim üçün gülünc olardı. “Qarabağ” səviyyəsində olan komanda ilə başabaş oynamaq...Bu komandanın avrokuboklardakı çıxışını nəzərə alıb, yorğunçuluqlarından istifadə edib futbol oynamaq olar. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışırlar, meydanda vuruşurlar. Gənclərimiz də meydanda oynadı. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir".

Pressing.az
xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov Premyer Liqanın 19-cu turunun "Qarabağ"la(3:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Xarici oyunçular transfer edəcəksiz?

- Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiyamız getmişdi. Sadəcə, son notlar lazımdır. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik. Bu da müdafiədə öz təsirini göstərir. Çox komandan hücumunda rəngarənglik daha çoxdur. Bütün komandaların hücum xəttində daha çox oyunçuları var, nəinki müdafiəçilər.

- İkinci yarıda daha effektli oynadınız. Bütün oyunu belə oynamaq üçün nə çatışmadı?

- Bu barədə çox danışmaq olar. “Qarabağ” icazə verdiyi zonalar var idi. Hansı ki, biz girə bilirdik. Çox yerdə qarşımızda sədlər var idi. Amma alınan detallar, rəqibin yorğunçuluğu və ya bizim düzgün pressinqimizlə əlaqəli ola bilər. Birinci hissə az alındı. Çünki “Qarabağ” daha rahat və hazırlıqlı idi.

- Matçın hakim idarəçiliyi ilə bağlı mövqeyiniz necədir?

- Hakimlərlə bağlı heç nə deyə bilmərəm. Onlar da gəncdir, öz üzərilərində işləyirlər. Heç kim də istəməz ki, meydanda səhv etsin. Biz də hərdən emosiyalara qapılırıq, yalandan nəsə deyirik. Stressimizi çıxartmaqdır, başqa bir şey deyil.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanda voleybol klubunun adı dəyişdirilib
"Turan" CEV Çempionlar Liqasında mübarizəyə start verir
"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırıldı
UÇL: “Qalatasaray” bu gün “Sportinq”lə qarşılaşacaq
9 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları"nda 10-cu tur start götürüb - NƏTİCƏLƏR
Mahir Emrelinin komandasında yeni baş məşqçi
Zubirin Ərəbistan klubuna transferində problem yarandı
Fərid Qayıbov Filip Judanı qəbul edib
Braziliyalı hücumçu "Sabah"da
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edir
Azərbaycan atleti dünya çempionu olub
Azərbaycan idmançıları üçün Belarus sınağı
Niderland klubunda ciddi itki
ÇL: "Real" "İnter"ə, "Mançester Siti" "Portu"ya qalib gəldi
Koreyalı futbolçu Azərbaycan klubunda - RƏSMİ
İkinci Liqa: “Kür-Araz”la “Hypers”dən darmadağın
Kifayət Mustafayevaya UEFA-dan təyinat
2-ci liqada 2 turun təqvimi açıqlanıb
"Sabah"da növbəti ayrılıq - RƏSMİ