Xəbər lentiwidget-title-icon

"Az qol buraxmağımızın səbəblərdən biri odur ki..." - Azər Məmmədov
“İmişli”nin baş məşqçisi təyin olundu
Qurban Qurbanov: "Heç kim uduzmaq istəmirdi"
"Neftçi"dən qələbə, "Qarabağ" qələbə üzünə həsrətdir - YENİLƏNİB
Mahir Emreli oynadı, komandası qalib gəldi
İkinci Liqada həftənin hakimləri məlum olub
Fransa nəhəngində itki
"Kəpəz" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
"Araz-Naxçıvan" - "Neftçi" matçı üçün HEYƏTLƏR
"Şamaxı"nın hücumçusu: "Düşünmürəm ki, bu cür futbol olur" – MÜSAHİBƏ
MPL: “Araz-Naxçıvan” “Neftçi”yə, “Kəpəz” “Qarabağ”a qarşı
Azərbaycan cüdoçularından DÇ-də daha iki medal
“Kəpəz” və “Qarabağ”ın futbolçuları meydana şəhid övladları ilə çıxacaqlar
Dioqo Balau: "Belə ot örtüyündə oynamağa öyrəşməmişik" – MÜSAHİBƏ
İtaliya klubundan Azərbaycan millisinin üzvü ilə yeni müqavilə
Məmmədov oynamadı, komandası qalib gəldi
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
"Qəbələ"nin qələbəsi - VİDEO
Zaur Həşimov: "Bu oyun üzərimizdəki təzyiqi artırdı"
"Turan Tovuz" "Şamaxı"ya belə qalib gəldi - VİDEO
Yeton Bekiri: "Qələbəyə layiq olan biz idik"
"Şəfa"dan məğlubiyyət, "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
"Yolumuza davam edəcəyik" - Azər Bağırov
Kurban Berdıyevdən qələbə şərhi
"Bayern"də şok itki

Kadi o braziliyalılardan deyil

Sizə Kadidən danışım. O Kadidən ki, geri qayıtdı, amma getməmiş kimi qayıtdı.

Sanki "Qarabağ" onu icarəyə göndərmişdi. Getdi zədələndi, uzun müddət oynamadı, formadan düşdü, yenə Ağdam klubuna döndü. Braziliyalı qayıdanda futbol ictimaiyyətimizdə çoxu düşünürdü ki, Kadinin "qatarı gedib", əvvəlki kimi olmayacaq. "Qarabağ"ın ondansa pul xərcləyib, ön xəttə daha yaxşı futbolçu almağı məsləhət görülürdü. Həm də futbolsevərlərdə belə bir düşüncə var ki, Azərbaycandan gedən braziliyalı futbolçular ölkəyə geri dönəndə uğurlu olmaq bir yana, əvvəlkinin yarısı da ola bilmirlər. Amma Kadi...

Elə həmin Kadidir. Hələ beş də artığıdır. Qayıtdıqdan sonra debüt matçındaca ("Qarabağ" – "Səbail" - 5:1) bir qol, bir məhsuldar ötürmə ilə yadda qaldı. "Səbail"in enişdə, daha doğrusu, çöküşdə olduğunu nəzərə aldıqda, Kadini bu komandayla oyundakı performansına görə qiymətləndirmək üçün tez idi.

Amma "sambaçı" tonusdan düşmədi, növbəti matçlarda da adını tabloya yazdırmağı bacardı. Topun onun ayağına hər dəyməsi az qala bir olaydır. Rəqiblərə qarşı təhlükədir.

Kadinin iki gün əvvəl "Turan Tovuz"la oyunda vurduğu ikinci qolu isə yüksək peşəkarlığın təcəssümü, şedevr idi.

Bir sözlə, braziliyalı vingerin "Qarabağ"a dönüşü uğurlu alındı. Elə bu qrafiki cızaraq yoluna davam edir. Əsas məsələ isə avrokuboklardır.

"Qarabağ" azarkeşi Kadini orda da Kadi kimi görmək istəyir. Hələ fanatların qorxusu odur ki, Kadiyə növbəti "Krasnodar"lar "elçi düşməsin"...

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər