Xəbər lentiwidget-title-icon

Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda
"Real"ın "Barselona" üzərində çətin qələbəsi - VİDEO
Azərbaycan boksçularından dünya çempionatında 2 medal
Azərbaycan yığması İsrailə qalib gəldi
"Zirə"nin Rəşad Sadıqovla 250-ci oyunu
“Qarabağ” “Dinamo” Zaqreblə qarşılaşacaq
ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Renat Dadaşovun komandasından heç-heçə
"Sabah" - "Qarabağ" oyunundakı maraqlı anlar - VİDEO
"İmişli"nin qələbəsi - VİDEO
"Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik" - Valdas Dambrauskas
Qurban Qurbanov: “Belə hallar dünya futbolunda da olur”
"Sabah" - "Qarabağ" oyununda "sülh", "İmişli"dən qələbə - YENİLƏNİB
"Sabah" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
AFFA prezidenti millinin oyununu izləyib

Rəşad Sadıqov: “Başverənlərə görə "Neftçi"dən üzr istəyirəm" – VİDEO

"Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik".

Pressing.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis son anda məğlubiyyətdən qurtulmaqlarının qürurverici olduğunu bildirib: "İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq".

R.Sadıqov bildirib ki, matçın sonunda baş verən qalmaqala görə paytaxt təmsilçisindən üzr istəyib: "Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm".

Baş məşqçi "Son dəqiqələrdə vurduğunuz qolu, baş verən qalmaqalı necə şərh edərdiniz" sualını belə cavablandırıb: "Deyilənə görə, ehtiyat oyunçuların qarşısında qolu qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm".

Oxşar xəbərlər


Bütün xəbərlər