Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

Musa Qurbanlı: "Transferlə bağlı xəbər mənə maraqlı da deyildi" - MÜSAHİBƏ

"Qarabağ" klubunun gənc hücumçusu Musa Qurbanlı Premyer Liqanın 19-cu turunun "Turan Tovuz"la matçında sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az 20 yaşlı forvardın müsahibəsini sizə təqdim edir:

- Bizim üçün bir az çətin idi. 20 gündən çox idi ki, təlim-məşq toplanışında idik. Amma bunların hamısı bizim çempionatn ikinci yarısına daha yaxşı hazırlaşmağımız üçün idi. Türkiyədən birbaşa bura gəlmişdik. Matç ağır keçdi. Bütün komandalar qış toplanışından yaxşı qayıdıblar. "Turan Tovuz" oyuna çox yaxşı hazırlaşmışdı. Bizə yaxşı müqavimət göstərdilər. Son dəqiqələrdə vurduğumuz qolla qələbə qazandıq. Xarakter göstərdik.

- Regionda belə azarkeşlərin qarşısında oynamaq necədir?

- Belə atmosferdə oynamaq mənim üçün xoşdur. Tovuzda futbolu sevirlər, komandalarını yaxşı dəstəkləyirlər. Biz də futbolçu kimi bundan həzz alırıq. Meydanda atmosfer nə qədər gözəl olsa, bizim üçün xoşdur. Rəqib azarkeşləri olmasına baxmayaraq, futbolun gözəlliyini hiss edə bilirik. Oyun saat 2-də süni örtüklü meydanda idi. Bu, bəzi çətinliklər yaradırdı. Amma bunun öhdəsindən gəldik və qələbə qazandıq.

- Polşanın "Poqon" klubu səni transfer etmək istəyirdi. Bu məsələ nə yerdə qaldı?

- Açığı, bu məsələ ilə şəxsən maraqlanmadım. Klub rəhbərliyi, baş məşqçimiz, bu məsələlərlə məşğul olan adamlar var. Mənə maraqlı da deyildi. Çünki, özümə bu barədə heç bir məlumat verilməmişdi, mediadan oxuyurdum. Necə məsləhət bildilərsə, elə də oldu. Hazırda sadəcə "Qarabağ"ın uğurlarını düşünürəm. Öz üzərimdə çalışıb, həm özüm, həm də klubum üçün ən yaxşısının olmasını istəyirəm.

- Yaxın gələcəkdə legioner həyatı yaşamaq arzun var? Xarici dil biliyin necədir?

- Əlbəttə ki. Bütün futbolçular daha yaxşı yerlərə gəlməyi çox istəyir. Mənim də arzum və məqsədim daha böyük liqalarda, klublarda oynamaqdır. Necə olacağını zaman göstərəcək. Əsas odur ki, mən çalışıram. Dil bilgilərimə gəlincə, rus və ingilis dilini yaxşı bilirəm.

- Kadi Borgesin yeri görünürdü?

- Kadi bizim üçün vacib oyunçu idi. Onu çox istəyirdik, öyrəşmişdik ona. Amma bu, futboldur, belə olur. Futbolçu həmişə bir klubda qalmır. Kadiyə uğurlar arzulayıram. Biz də onun yoxluğunun bilinməməsi üçün əlimizdən gələni edirik.

- Artıq "Qarabağ"da 9 nömrəli formanı geyinirsən. Bunun xüsusi özəlliyi var?

- 9 sırf mərkəz hücumçusunun nömrəsidir. Mən də uşaqlıqdan həmişə akademiyada, milli komandalarda bu formanı geyinmişəm. Atam da 9 bomrə ilə oynayıb. Bu nömrə ilə oynamaq mənim üçün xoş oldu. Həm də əlavə motivasiya olacaq.

- Bu vaxta qədər "Qarabağ"da 9 nömrə boş idi. Niyə götürmürdün?

- Belə məsləhət bilinmişdi. İndi alındı, indi götürdüm.

- Ramil Şeydayevlə sənin aranda amansız bombardirlik mübarizəsi gedir. Ramillə bununla bağlı zarafatlarınız olur?

- Açığı, belə zarafatımız, atmacalarımız olmur. Ramili çox istəyirəm. Bilirəm ki, o da məni çox istəyir. Həqiqətən də onunla münasibətimiz yaxşıdır, bir-birimizə çox yaxınıq. Mən onun uğurlarına sevinirəm. Əminəm ki, o da mənim uğurlarıma sevinir. Ona görə də bombardirlik haqda fikirləşmirik. İkimiz də komandaya maksimum fayda verməyə çalışırıq.

- Bombardirlik hədəfi yoxdur?

- Hədəf var. Amma əsas bizim qollarımızın komandaya xeyir verməsidir. Elə şey ola bilməz ki, Ramil qol vuranda mən sevinməyim. Əksinə o qol vuranda ikiqat sevinirəm. Çünki, komandamız qələbə qazanır. Bu gün hər ikimiz qol vurduq. Birimiz vurmasaydıq, qələbə qazana bilməyəcəkdik.

- İstirahət vaxtı Parisə üz tutmuşdun. Ora getməyinin xüsusi səbəbi var idi?

- Xeyr, xüsusi səbəb yox idi. Sadəcə olaraq mənim üçün maraqlı idi. İstəyirdim ki, Parisi görüm.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar