Xəbər lentiwidget-title-icon

"Şəfa"ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir" - Rəşad Sadıqov
"Şəfa"nın baş məşqçisi: "Bizə vaxt lazımdır"
"Neftçi" və "Zirə" mövsümə qələbə ilə başladı - YENİLƏNİB
“Neftçi” təhlükəli vəziyyət yarada bilmirdi" - “Sumqayıt”ın baş məşqçisi
Yuri Vernidub: "Böyük pullar vəd edilsə də, “Neftçi”dən getmərəm”
"Zirə” - “Şəfa” matçı üçün HEYƏTLƏR
“Sumqayıt” - “Neftçi” matçı üçün HEYƏTLƏR
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarılıb
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirilib - NƏTİCƏLƏR
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Azərbaycanın stolüstü tennisçilərindən Türkiyədə 4 medal
16 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah"ın rəqibi darmadağına məruz qaldı
“Qarabağ” Zubiri niyə urvatsız yola saldı? – YAZI
AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib
“Qarabağ” Zubirin gedişini rəsmən açıqladı
MPL: "Sumqayıt" "Neftçi"yə, "Zirə" "Şəfa"ya qarşı
İtaliya nəhəngində yeni müdafiəçi
"Sabah"ın "Kəpəz" üzərində qələbəsi - VİDEO
Anatoli Nuriyev fərqləndi, komandası uduzdu
"Araz-Naxçıvan" - "İmişli" oyununun icmalı - VİDEO
"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi

İsa Suliman: "Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır" - MÜSAHİBƏ

"Sumqayıt" klubunun pakistanlı futbolçusu İsa Suliman Premyer Liqanın 3-cü turunun "Qəbələ" ilə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az müdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

- İlk olaraq oyun barədə fikirlərin...

- Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.

- Formada olmadığınızı dedin. Təxminən neçə tur lazımdır istədiyiniz formada olmanıza?

- Daha çox oyun keçirməyimiz lazımdır. Bunu zaman göstərəcək. Bizim üzərimizə düşən ən yaxşı oyunumuzu oynamaqdır.

- Ölkəmizdə ilk qolunu vurdun. Nələr deyə bilərsən?

- Vurduğum birinci qolla komandam qələbə qazandığı üçün fəxr edirəm.

- Davamı gələ bilərmi? Ümumiyyətlə, standart vəziyyətlərdən fərqlənməyi sevirsənmi?

- Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməldir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumudur. Adət etdiyim bir şey deyil.

- Sona yaxın bir epizodda topu boş qapıdan çıxardın. Vurduğun qolu, yoxsa komandanı qoldan xilas etməyi daha dəyərli hesab edirsən?

- Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.

- Bu gün matçın adamı olmağın ölkəmizə daha yaxşı adaptasiya olmağına nə kimi fayda verə bilər?

- Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 ayda burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.

- Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyün kimidir, yoxsa gözlədiyindən daha yaxşı səviyyə ilə üz-üzəsən?

- Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində də indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlər var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcəklər. Onlara qarşı oynamaqla təcrübə yığacam.

- Azərbaycanla bağlı ilkin təəssüratların necədir?

- Mən Sumqayıtda yaşayıram. Paytaxt Bakı da yaxın olduğu üçün gedib-gəlirəm. Fikirlərim çox müsbətdir.

- Azərbaycanda pakistanlılara xüsusi münasibət var. Bunu hiss edirsən?

- Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər. Müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır.

Elsevər Muradzadə, Bakı-Qəbələ-Bakı

Oxşar xəbərlər

Bütün xəbərlər