Xəbər lentiwidget-title-icon

“Şahdağ Qusar”ın taktiki portreti: Fizuli Məmmədovun uğur mexanizmi necə işləyir? – YAZI
Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib
Azərbaycan yığması Andorraya qarşı
“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb
Haalanddan rekord
1-ci Liqada həftənin hakimləri məlum olub
“Qarabağ”ın legioneri millidə qol ötürməsi edib
Azərbaycan cüdoçusu Zaqrebdə çempion olub
ML: İngiltərə İspaniyaya, Fransa Türkiyəyə, Belçika İtaliyaya qalib gəldi
Ayxan Abbasov: "Maksimum nəticə əldə etməyə çalışacağıq"
Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi
15 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu

“Şahdağ Qusar”ın taktiki portreti: Fizuli Məmmədovun uğur mexanizmi necə işləyir? – YAZI

Azərbaycan Birinci Liqasının cari mövsümündə turnir cədvəlinin zirvəsində qərarlaşan “Şahdağ-Qusar” yalnız topladığı xallarla yox, meydanda sərgilədiyi oyun strukturunun yetkinliyi ilə diqqəti cəlb edir.

Çempionatın ilk 7 turunda 6 qələbə qazanan, rəqib qapılarından 17 top keçirib öz qapısında cəmi 2 qol görən şimal təmsilçisinin bu göstəriciləri komandanın həm müdafiə balansını, həm də hücum effektivliyini ortaya qoyur.

Bu isə mövcud oyunların taktiki mənzərəsini və fasilə dönəminin əhəmiyyətini nəzərə alaraq keçirilən yoldaşlıq oyunlarının analizini şərtləndirir. Komandanın son rəsmi qarşılaşmalarını təhlil etdikdə üç əsas taktiki xətt aydın görünür:

- Müdafiə blokunun kompaktlığı. Çempionatın 6-cı turunda birbaşa rəqiblərdən olan “Səbail” üzərində qazanılan 1:0 hesablı qələbə “Şahdağ Qusar”ın hesabda önə keçdikdən sonra oyunu nəzarətdə saxlamaq bacarığını göstərdi. Xüsusilə rəqibin say azlığında qaldığı dəqiqələrdə belə emosiyalara qapılmadan, müdafiə xətləri arasındakı məsafəni qoruyaraq minimal üstünlüyü sona qədər saxlamaq komandanın taktiki intizamından xəbər verir. Yeganə məğlubiyyətin qeydə alındığı “Xankəndi” (0:1) görüşündə belə komanda rəqibə sərbəst oyun qurmaq imkanı vermədi və cəmi bir epizodla oyunun taleyi həll etdi.

- Keçid fazalarındakı sürət və qol duyumu. “Zaqatala” (6:0) və ölkə kubokunun təsnifat mərhələsində MOİK (9:1) üzərində qazanılan böyükhesablı qələbələr kollektivin rəqibin mövqe boşluqlarından necə səmərəli istifadə etdiyinin göstəricisidi. Topu ələ keçirən kimi cinahlardan dərhal irəli atılması və cərimə meydançasına çoxsaylı oyunçu ilə daxil olmaq bu matçların əsas taktiki xətti idi.

- Fasilə dönəmi və yuxarı dəstə təmsilçisi ilə sınaq. Çempionatda yaranan fasilə də Qusar təmsilçisi üçün adi istirahət yox, növbəti mərhələyə hazırlıq avntajı oldu. Təqvimin sıxlığı səbəbindən tətbiqi çətin olan ağır fiziki yükləmələr və yeni taktiki kombinasiyalar məhz bu boşluqda məşq prosesinə daxil edildi. Maraqlıdı ki, bu hazırlığın əsas sınaq nöqtəsi Premyer Liqa təmsilçisi “Şəfa” ilə keçirilən yoxlama matçı oldu. Bu oyun məşqçilər heyətinə imkan verdi ki, yüksək temp altında arxa xəttin dayanıqlığını yoxlasınlar və qarşıdakı “Qəbələ” ilə kubok matçı öncəsi heyətin real gücünü ölçsünlər.

Son oyunlarda heyətdəki balans da ortaya çıxdı və bəzi simalar diqqəti cəlb elədi. Ümumiyyətlə, “Şahdağ Qusar”ın oyun modelində təcrübə ilə dinamikanın uzlaşması indi daha aydın görünür. Məsələn, heyətin orta yaş həddinin 23.2 olması komandaya yüksək sürət və 90 dəqiqə boyu rəqibə təzyiq göstərmək imkanı qazandırır.

Mərkəz xəttinin idarəçiliyini də unutmaq olmaz. Yarımmüdafiəçi Joze Kristovao Zenqonun oyunun ritmini tənzimləməsi və ötürmə dəqiqliyi komandanın hücumlarının başlanğıc nöqtəsini təşkil edir. Bundan başqa, hücumdakı bitiricilik və təcrübə ön xətdə Mehrac Baxşalının hərəkətliliyi sayəsində alınır və Aqil Nəsibovun həlledici anlarda soyuqqanlılığı komandaya vacib xallar qazandırır. Arxa xətdə isə Məqsəd İsayev və digərləri düzgün mövqe seçimiylə müdafiənin etibarlılığını təmin edir.

Bütün bunları baş məşqçi Füzuli Məmmədovun metodikasının fonunda analiz edəndə mənzərə tamamlanır və keçmiş təcrübədən bugünkü sistemə keçidin bundan yaxşı nümunəsi ola bilməz, - deyə düşünürsən.

Komandanın bu cür strukturlaşmış oyun nümayiş etdirməsində baş məşqçi Fizuli Məmmədovun fərdi iş üslubu həlledici rol oynayır. Mütəxəssisin məşq prosesinə bütün enerjisini sərf etməsi və işinə olan bağlılığı onun əvvəlki klublarda formalaşdırdığı konkret metodlara söykənir:

- İtalyan taktiki intizamının tətbiqi. Məmmədovun “Neftçi”də italiyalı mütəxəssis Roberto Bordinin köməkçisi kimi çalışdığı dövr onun məşqçilik yanaşmasında dərin iz buraxıb. Xətlərarası məsafənin minimuma endirilməsi, zonasal müdafiə və standart vəziyyətlərin detallı işlənməsi məhz həmin dövrdə mənimsənilmiş və bu gün “Şahdağ Qusar”ın az qol buraxmasında əsas amilə çevrilmiş metodlardı.

- Gənclərlə iş və psixoloji yanaşma. U-15 və U-16 yığmalarındakı fəaliyyəti Füzuli Məmmədova gənc futbolçuların psixoloji tərəddüdlərini aradan qaldırmaq vərdişi qazandırıb. O, meydanda səhv edən gənc oyunçunu kənara çəkmək əvəzinə, fərdi söhbətlər və məşq sonrası əlavə çalışmalarla onun özünəinamını bərpa etməyə üstünlük verir.

- Bölgə klublarında xarakter quruculuğu. “Mingəçevir” və “Karvan-Yevlax”dakı fəaliyyəti göstərdi ki, Məmmədov çətin şərtlər və yüksək təzyiq altında kollektivi vahid hədəf ətrafında birləşdirməyi bacarır. O, məşq meydançasında nə qədər tələbkardırsa, oyunun gedişində texniki zonadakı emosional və fəal davranışı ilə futbolçulara bir o qədər enerji ötürür.

- Rəqibə uyğunlaşan çevik sxemlər. Füzuli Məmmədov vahid bir taktiki qəlibə bağlı qalan məşqçi deyil. O, rəqibin oyun üslubundan asılı olaraq komandanı həm topa nəzarət edən birinci nömrə kimi, həm də sürətli əks-hücumlara söykənən kollektiv kimi meydançaya çıxara bilir.

Ümumiyyətlə, demək olar ki, “Şahdağ Qusar”ın hazırkı mövqeyi təsadüfi nəticələr ardıcıllığı deyil, düzgün qurulmuş məşq prosesinin, heyət balansının və baş məşqçinin taktiki yanaşmasının uzlaşma göstəricisidi.

Orxan İsmayılov

Oxşar xəbərlər


Bütün xəbərlər

“Şahdağ Qusar”ın taktiki portreti: Fizuli Məmmədovun uğur mexanizmi necə işləyir? – YAZI
Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib
Azərbaycan yığması Andorraya qarşı
“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb
Haalanddan rekord
1-ci Liqada həftənin hakimləri məlum olub
“Qarabağ”ın legioneri millidə qol ötürməsi edib
Azərbaycan cüdoçusu Zaqrebdə çempion olub
ML: İngiltərə İspaniyaya, Fransa Türkiyəyə, Belçika İtaliyaya qalib gəldi
Ayxan Abbasov: "Maksimum nəticə əldə etməyə çalışacağıq"
Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi
15 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət