Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan Birinci Liqasının IV turunun açılış matçında “Şahdağ Qusar” müvəqqəti olaraq ev oyunlarını keçirdiyi Binə kənd stadionunda “Zaqatala” komandasını 6:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində xallarını 12-yə çatdıran Qusar təmsilçisi yenə turnir cədvəlinə başçılıq edir.
Qusar təmsilçisi ilk saniyələrdən etibarən rəqibini öz cərimə meydançasına sıxaraq görüşün ritmini tamamilə öz əlində saxladı. “Şahdağ Qusar”ın baş məşqçisi Fizuli Məmmədovun sözlərinə görə, o, bu qarşılaşmaya 4-3-3 taktiki sxemi ilə start verib. Hücum xəttində İdir Butrif, Joze Zenqo və Aqostinyo Çipessedən ibarət sürətli trioya güvənən qusarlılar matça çox aqressiv və yüksək pressinqlə başladılar. Rəqibin müdafiə xəttindəki boşluqlardan maksimum istifadə edən nominal meydan sahibləri cinahlardan sürətli hücumlar quraraq təhlükəli vəziyyətlər yaratdı.
“Zaqatala” isə bu pressinqdən çıxmaqda ciddi çətinlik çəkdi və müdafiədə koordinasiya pozuntusu yaşadı. Qusar təmsilçisi həm mərkəzdən, həm də kənarlardan təşkil etdiyi hücumları effektiv sonluqla bitirməyi bacardı. Mehrac Baxşalının yarımmüdafiədən hücumlara sürətli dəstəyi “Zaqatala”nın cinah müdafiəçilərini tamamilə sıradan çıxardı. Matçın gedişatı göstərdi ki, şimal bölgəsi təmsilçisinin fiziki hazırlığı və hücum mexanizmi rəqibindən qat-qat üstün idi. İlk hissədə əldə olunan üstünlük fasilədən sonra da davam etdirildi və bu, böyükhesablı qələbəni qaçılmaz etdi.
Qələbənun əsas memarları olan hücum xətti üzvləri rəqib qapısına asanlıqla yol tapdı: İdir Butrif (5-ci dəq.), Mehrac Baxşalı (19 və 90-cı dəq.), Joze Zenqo (38 və 62-ci dəq.) və Aqostinyo Çipesse (83-cü dəq.). İki futbolçunun dubl etdiyi qarşılaşmada son saniyəyə qədər hücum səngimədi. F.Məmmədov kollektivin performansını yüksək qiymətləndirərək bildirdi ki, “Zaqatala” əslində zəif komanda deyil, sadəcə, qusarlılar onlara oynamağa imkan vermədi: “Futbolçularım tapşırıqları meydanda yüz faiz əks etdirdi. Rəqibə nəfəs aldırmadıq. Altı qol vurmaq və ən əsası, arxa xətdə səhvə yol verməyərək qapını toxunulmaz saxlamaq mükəmməl nəticədi. Lakin bu hələ başlanğıcdır, arxayınlaşmaq olmaz. Çempionat uzun və çətin bir marafondur. Bizim tək bir məqsədimiz var – hər oyunda meydandan üç xalla ayrılmaq və bu zirvəni heç kimə güzəştə getməmək”.
Yeri gəlmişkən, F.Məmmədov klubu bu mövsümdən etibarən çalışdırır və indiyədək komanda məğlubiyyətlə qarşılaşmayıb. Cəmi 4 oyuna rəqib qapılarından 14 qol keçirən klub çempionatın ən məhsuldar komandasıdı. Heyətə cəlb edilən legionerlər Joze Zenqo, İdir Butrif, Aqostinyo Çipesse və digərlərini, həmçinin yerli gəncləri qısa müddətdə “bir çətir altına” toplamağı bacarıb.
Yeri gəlmişkən, hazırda 14 vurulan qol və cəmi 1 buraxılan qolla həm hücum, həm də müdafiə reytinqlərində çempionatın ən yaxşı göstəricisi məhz Qusar klubuna məxsusdur. Lakin çempionluq yolunda Şimal təmsilçisini qarşıda daha ciddi sınaqlar gözləyir. Cari mövsümdə komandanın əsas rəqibləri hesab olunan MOİK (9 xal) və “İmişli” (7 xal) klubları turnir cədvəlində liderin ən yaxın izləyiciləridir. Növbəti turlarda məhz bu kollektivlərlə keçiriləcək birbaşa qarşılaşmalar çempionluq yarışının taleyini böyük ölçüdə həll edəcək.
Lider turnirdəki bu möhtəşəm yürüşünü qorumaq üçün növbəti sınağına səfərdə çıxacaq. Komanda növbəti V turda oktyabrın 15-i saat 15:00-da “Xankəndi” klubunun qonağı olacaq. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq bu qarşılaşma qusarlıların vahid liderliyini davam etdirməsi baxımından böyük əhəmiyyət daşıyır.
Zülfiyyə Mustafayeva