Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

AFFA klubları cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Pressing.az
yığıncaqda qeydə alınan qərarları təqdim edir:

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Kəpəz” - “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.)

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Səbail” - “Sabah” oyununda “Sabah” komandasının 94 nömrəli futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2)

Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Səbail” - “Sabah” oyununda “Sabah” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39.)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 7 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 83 nömrəli futbolçusu Ülvü Mədətov oyunun 58-ci dəqiqəsində təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 41.3)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev oyunun 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın və klub 400 manat cərimə edilsin (maddə 41.4)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 52 nömrəli futbolçusu Emil Bayramov oyunun 90+5-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 57 nömrəli futbolçusu Bahadur Quliyev oyunun 90+6-cı dəqiqəsində söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 84 nömrəli futbolçusu Hüseyn Babayev oyundan sonra söz və hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2)

I Divizionun XIV turunun “Araz Naxçıvan” - “Neftçi-2” oyununda “Araz Naxçıvan” komandasının 1 nömrəli futbolçusu Vüsal Şabanov oyundan sonra təhqiredici hərəkət, söz və jestlər etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 41.1)

I Divizionun XIV turunun “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39.)

I Divizionun XIV turunun “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədov 62-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 160 manat cərimə edilsin (maddə 37.1)

I Divizionun XIV turunun “Mingəçevir” - “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin təhqir edilməsinə görə “Mingəçevir” klubu 400 manat cərimə edilsin (maddə 41.7)

I Divizionun XIV turunun “Turan Tovuz-2” - “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım maşınının gecikməsinə görə “Turan Tovuz-2” klubu 160 manat cərimə edilsin (maddə 59.4)

I Divizionun XIV turunun “Zirə-2” - “İmişli” oyununda polis əməkdaşının oyunöncəsi iclasa gecikməsinə görə 40 manat cərimə edilsin. (maddə 62.2)

Oxşar xəbərlər