Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

AFFA cəzaları "yağdırdı"

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Pressing.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasında XVI turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7.);

“Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2.);

XVI turun “Sabah” – “Şamaxı” oyununda “Sabah” komandasının oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 37.1.);

“Şamaxı” komandasının oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şamaxı” klubu 1600 manat cərimə edilir (maddə 36.1.);

XVI turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” komandasının qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 69.5.);

“Sumqayıt” komandasının oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1.);

I Divizionun XIII turunun “Şamaxı-2” – “Kəpəz-2” oyununa Təcili Tibbi Yardım maşınının gecikməsinə görə “Şamaxı-2” komandası 160 manat cərimə edilir (maddə 59.4);

Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);

XIII turun “Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilir (maddə 39.);

XIII turun “İmişli” – “Sumqayıt-2” oyununda “İmişli” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilir (maddə 39.);

XIII turun “Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 64.1).

Oxşar xəbərlər