“Turan” üçün tarixi oyun!
Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Pressing.az xəbər verir ki, Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın “Maritsa” komandasını qəbul edəcək. Görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.
Komandalar arasında keçirilən ilk oyunda “Turan” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.