“Turan” Çempionlar Liqasında cavab oyununa çıxacaq
Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Pressing.az xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi “Mladost”un qonağı olacaq. Qarşılaşma Zaqreb şəhərində, saat 23:00-da başlayacaq.
“Turan” oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda “Mladost” üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə, Bolqarıstanın “Maritza” komandası ilə üz-üzə gələcək.