AFFA onu cəzalandırdı
AFFA Region Liqasında çıxış edən “Veteran Tankçılar Gəncə” komandasının prezidenti Hacıbaba Əzimov səkkiz oyunluq cəza alıb.
Pressing.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
Buna funksionerin “Göyəzən”lə oyundan sonra hakimlər otağına daxil olaraq onları təhqir etməsi səbəb olub. Əzimov qarşıdakı 8 matça buraxılmayacaq.
Bundan əlavə, “Veteran Tankçılar Gəncə”nin futbolçusu Sahib Gümşüdov qarşılaşmanın 42-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alıb. O, daha sonra rəqib futbolçunu vuraraq təhqir etdiyi üçün 7 oyunluq diskvalifikasiya olunub.