Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

I Liqa komandalarının cəzaları açıqlanıb

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Pressing.az
xəbər verir ki, iclasda I Liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Karvan” – “İrəvan” oyunu bitdikdən sonra “İrəvan” klubunun 5 nömrəli futbolçusu Elvin Yunuszadə stadionun giriş qapısına zərər vurduğuna görə 1 oyun cəzalanıb, “İrəvan” klubu 100 manat cərimə edilib. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödənilsin.

“Karvan” – “İrəvan” oyunu bitdikdən sonra “İrəvan” klubunun 98 nömrəli futbolçusu Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurduğuna görə 1 oyun cəzalanın, “İrəvan” klubu 100 manat cərimə edilin. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödənilsin.

“Zaqatala” – “Difai Ağsu” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilib.

“Zaqatala” – “Difai Ağsu” oyununun 90+1-ci dəqiqəsində “Zaqatala” klubunun 55 nömrəli futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Zaqatala” klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Difai Ağsu” oyununun 90+7-ci dəqiqəsində “Zaqatala” klubunun 33 nömrəli futbolçusu Kənan Müslümov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Zaqatala” klubu 200 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Mingəçevir” oyununun ikinci hissəsində xərəkdaşıyanların say limiti pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “Şamaxı” oyununun 57-ci dəqiqəsində “Araz Saatlı” klubunun 14 nömrəli futbolçusu Samir Alıyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” klubu 80 manat cərimə edilib.

“İmişli” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilib.

“İmişli” – MOİK oyununun 87-ci dəqiqəsində “İmişli” klubunun 8 nömrəli futbolçusu Tolqar Yaqubov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – MOİK oyununun 88-ci dəqiqəsində matçın rəsmi protokolunda adı olmayan “İmişli” klubunun inzibatçısı Xəzər Kazımlı rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanıb, “İmişli” klubu 400 manat cərimə edilib.

“İmişli” – MOİK oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – MOİK oyununun 23-cü dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);

06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.

Oxşar xəbərlər