Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyununda səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.

Pressing.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfrasında əvvəlcə görüşlə bağlı fikilərini bölüşüb:

“Lixtenşteyn bizimlə ilk oyunda xal almışdı. Bu dəfə rəqibin daha inamlı çıxışını gözləyirdik. Eyni sistem, eyni sıx müdafiə, erkən qol vurmaq istəyirdik. Əslində, tez qol da vurduq. İlk dəqiqələrdə epizod yaratdıq. Qapı dirəyindən qayıdan toplar var idi. İstər-istəməz futbolçularda bir az tələskənlik, udmaq hirsi çox idi, bu da bizə mane olurdu. Tam rahat hücumlarımızı sonlandıra bilmirdik. Əsas bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi. Birinci olmaq istəyirdik. Bu, bizim üçün vacib idi. Çünki nə qədər D Liqası gələn mövsüm olmasa da, biz istəyirdik ki, C Liqasına qalib kimi yüksələk. Uşaqlara təşəkkür edirəm. Çempionatın stresli, gərgin vaxtında milli komandaya kökləndilər və qalib gəldik. Qarşıda Andorra ilə yoxlama matçı var. Həmin oyunda çalışacağıq hər kəsə şans verək. Çünki yeni gələn oyunçularımız da var. Onlar milli komandanı hiss eləməlidirlər”.

O, Millətlər Liqasında keçirilən 4 oyunda onu təəssüfləndirən məqamlar barədə danışıb:

“Hər oyundan sonra təhlillər olur. Litvadakı matçda qalib gəlməli idik. Orda komanda yaxşı çıxış etmişdi. Qol epizodlarımız oldu. Biz nadir hallarda oturuşmuş müdafiəyə qarşı oynayırıq. Hər dəfə rəqiblər bizdən üstün olur. Litva ilə matçda oyun ortada gedirdi. Yenə də son ötürmələr çatmadı. Bunu da psixoloji gərginliklə əlaqələndirirəm. Litva ilə oyunda qalib gələ bilərdk. Amma hər işdə bir xeyir var idi. Turnir başlamamışdan əvvəl format başqa cür idi. Pley-off məsələsi sonradan oldu, qismət. Bu il çalışaqdıq uduzmayaq. Hələ martda futboçulara demişdim ki, rəqiblər bizə uyğundur, ilin sonuna kimi uduzmamalıyıq. Təəssüf ki, Maltaya məğlub olduq. Amma sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq”.

Oxşar xəbərlər


Bütün xəbərlər