Xəbər lentiwidget-title-icon

Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb

AFFA-nın Azərbaycan Kubokunun oyunlarındakı hadisələrlə bağlı verdiyi cəzalar

AFFA-nın İntizam Komitəsi Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Pressing.az xəbər verir ki, “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” 100 manat cərimə edilib.

Eyni oyun bitdikdən sonra “Karvan”ın 4 nömrəli futbolçusu Kənan Quliyev stadionun infrastrukturuna zərər yetirdiyinə görə 1 oyun cəzalanıb, “Karvan” klubu 100 manat cərimə edilib. Stadionun infrastrukturuna vurulmuş zərərin “Karvan” tərəfindən ödənilməsinə qərar verilib.

“Şəfa” – “Difai” oyununda “Şəfa”nın 7 nəfər sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Sözügedən oyunun 105-ci dəqiqəsində “Şəfa”nın 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Bu görüş bitdikdən sonra “Şəfa”nın 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimələnib.

Həmin qarşılaşmada “Difai”nin 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Adıçəkilən oyun bitdikdən sonra “Difai”nin 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Difai” 200 manat cərimə edilib.

Oxşar xəbərlər


Bütün xəbərlər