Xəbər lentiwidget-title-icon

Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi
Lixtenşteyn - Azərbaycan matçı üçün HEYƏTLƏR
ORDU Avrokubokda cavab oyununa çıxxacaq
Azərbaycan millisində ciddi itki

"Şahdağ Qusar"ın futbolçusu: “Qol vurduğuma görə çox xoşbəxtəm”

Futbol üzrə 1-ci liqada mövsümün ikinci oyunu da “Şahdağ Qusar” üçün uğurlu oldu.

Öz meydanında “Karvan-Yevlax”ı 2-0 məğlub edən qusarlılar artıq 2-ci turdan əhəmiyyətli mesaj verdi: Premyer Liqaya gedən yol onlar üçün indidən başlayıb. Hazırda “Şahdağ-Qusar” 6 xalla turnir cədvəlinin lideridi.

Yeri gəlmişkən, qusarlılar ev oyununu müvəqqəti olaraq Bakının Binə kənd stadionunda keçirir və onların yarışlarına yerli azarkeş dəstəyi maraq doğurur. Məsələn, Yevlax təmsilçisiylə oyunda stadiondakı izləyicilərin sayı 400 nəfər olub. Məlumat üçün qeyd edək ki, Binə stadionunun izləyici tutumu 579 nəfərdir. Yəni, stadionda boş yer olmayıb. Bu, 1-ci liqa oyunları üçün çox müsbət nəticədi.

“Şahdağ Qusar” bu mövsümdən öz heyətini həm legionerlər, həm də premyer liqadan dəvət etdiyi təcrübəli oyunçularla möhkəmləndirib. Baş məşqçi Fizuli Məmmədov artıq komandanın vahid oyun sistemini, təşkilati prinsiplərini uzlaşdıraraq bəlli bir səviyyədə mükəmməl vəziyyətə çatdırıb. Legionerlər və futbolçularla söhbət zamanı onlar bildirir ki, onlar klubun qarşıya qoyduğu hədəfi çox yaxşı anlayır və bunun üzərinə qurulan sistemin bir parçası olmağa çalışırlar.

Yevlax klubuna vurulan qollardan birinin müəllifi, 26 yaşlı əslən əlcəzairli, amma Fransa vətəndaşı olaraq qusarlıların klubuna dəvət alan mərkəz hücumçu İdir Butrif deyir ki, komandaya ən böyük stimul azarkeşlərdən gəlir: “Azarkeşlər çox möhtəşəmdi. Biz onların dəstəyini bütün oyun boyunca hiss edirik. Məhz onların qarşısında qol vurduğuma görə çox xoşbəxtəm”. İ.Butrif onu da əlavə edir ki, əsas məsələ oyunda sonadək mübarizə aparmaqdı: “Çünki hər qələbə bizi premyer liqaya yaxınlaşdırır. Bu komanda ruhunu qoruyub saxlaya bilsək, öz hədəfimizə çata bilərik”.

İkinci qolun müəllifi, komandanın hücumçusu Famil Camalovun sözlərinə görə, əslində Yevlax təmsilçisi zəif komanda deyil, ona görə də, oyunun çətin keçdiyini düşünür: “Burada əldə olunan nəticələri analiz edərək qarşıdakı oyuna hazırlaşacağıq. Belə davam etsə, bizim premyer liqaya yolumuz açıq olar. Bu şansı qazanmaq bizim öz əlimizdədi. Məncə, ilk oyunlardakı qələbələrdən arxayınlaşmaq olmaz. Çempionat hələ təzə başlayıb, qarşıda çox oyunlar var. Ümid edirəm ki, sonadək belə mübarizə aparacağıq. Hədəfimiz çempionluq və premyer liqadı”.

"Şahdağ Qusar"ın futbolçusu: “Qol vurduğuma görə çox xoşbəxtəm”

Zülfiyyə Mustafayeva, xüsusi olaraq Pressing.az üçün

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"