Samir Xeyirbəyov: “Futbolçuların mükəmməl hazırlığı üçün bütün maliyyə dəstəyini göstəririk”
“Şahdağ Qusar”ın büdcəsi bu il 3 dəfə artırılıb
Hələ sovet dövründən futbol ənənəsi olan "Şahdağ-Qusar" son iki ildə yaşadığı böhrandan çıxmağı bacararaq bu mövsüm güclü heyət formalaşdırıb.
Klubun bu mövsümdə yeni baş məşqçisi Fizuli Məmmədov hələ bir müddət bundan əvvəl demişdi ki, kluba rayon rəhbərliyi səviyyəsində dəstək var, sponsor və azarkeş marağı güclənib və onlar yeni transferlər həyata keçirəcək. Bunun ardıyca qusarlılar premyer liqadan bir neçə futbolçunu komandaya dəvət edərək hazırlıq aparıb.
Yeri gəlmişkən, "Şahdağ Qusar" 2024-25 mövsümündə 1-ci liqanın çempionu olub. Klub indiyədək ev oyunlarını 4000 tamaşaçı tutumu olan Şövkət Orduxanov adına Qusar rayon stadionunda keçirib. Hazırda stadion təmirdə olduğu üçün komanda ev oyunları üçün Şamaxı Olimpiya İdman Kompleksinin (OİK) stadionunu seçib. Təmirdən sonra arena tutumunun 5000 nəfərə çatdırılması gözlənilir. "Şahdağ Qusar"ın ən böyük uğurlarından biri şimal bölgəsində güclü azarkeş mədəniyyəti formalaşdırmasıdı. Hazırda klub gələcək uğurlar üçün bir sıra böyük layihələr həyata keçirir. Məsələn, regionun istedadlı uşaqlarının cəlb ediləcəyi Akademiya tikintisi nəzərdə tutulub.
Amma hələ 3 il bundan əvvəl, ən yaxın keçmişdə ayağa qalxmağa çalışan klub forma satmaqla maliyyə problemlərini yoluna qoymağa çalışırdı. Klubun prezidenti Samir Xeyirbəyovun müxbirimizlə söhbətində bildirdiyinə görə, artıq maliyyə problemləri həll olunub və klubun investisiyaları 3 dəfə artıb. Yeri gəlmişkən, “Şahdağ Qusar”ın hazırkı inkişafı, yeni sponsorluq müqavilələrinin imzalanması və infrastruktur layihələrində S.Xeyirbəyovun xüsusi rolu var. O, 2026-cı ilin iyun ayında baş məşqçi Füzuli Məmmədovla rəsmi müqavilə imzalayaraq komandanın yeni mövsüm (2026/2027) hədəflərini müəyyənləşdirib.
Düzdü, bundan əvvəl, 2025-ci ilin avqust ayında Azərbaycan millisinin və klubun sabiq kapitanı Rahid Əmirquliyev də klubun prezidenti kimi ən çətin keçid dövründə komandaya sahib çıxmış və həm rəhbər, həm də meydanda futbolçu (kapitan) kimi klubun arxasında durmuşdu.
Hazırda klubun hədəfi Premyer liqadı və iddialı strategiya ilə qarşımıza çıxır. Bu iddialı situasiya klub hansı maliyyə gücünə malikdi?
Bu planları gələcək üçün yaxşı perspektiv vəd edir. Məsələn, sponsorluq müqavilələri, strateji tərəfdaşlar, infrastruktura dair planları əslində çox maraqlıdı. Bu istiqamətdə işlərdə Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyini qeyd etməmək səmimi olmazdı: məhz FİF-lə birlikdə klub peşəkar idarəetmə modelinə keçib və imkanlı sponsorlar tapıb. Bunlardan ən başlıcası "ISFA Green Life" şirkətidi.
Aqrar sahədə böyük layihələri və geniş maliyyə imkanlartı olan şirkət klubun baş sponsorudu. Hazırda klubun baş sponsorluğu və idarəçiliyi bu şirkətin əlindədi. Klub həmçinin "Sportsystem" və "Eglobal Connections" şirkətləri ilə də əməkdaşlıq müqavilələri imzalayıb. Bu şirkətlər komandanın texniki, loqistika və inkişafı üçün pul ayırır.
İndi klub çalışır ki, azarkeşlərini regiona qaytarsın. Ümumiyyətlə, “Şahdağ Qusar” çox yüksək azarkeş dəstəyinə malik komandadı. Qusarlıların komandaya, ümumiyyətlə, futbola olan marağı inanılmaz dərəcədə emosionaldı. Bu coşğunun içində təkcə sevinc və çılğınlıq yoxdu.
Həmçinin azarkeş mədəniyyətinə sadiqlik, ətrafa hörmət var. Binə stadionuna, doğma komandanın ev oyununa yığışıb gələn yüzlərlə qusarlı azarkeş oyundan sonra tribunaları təmizləyərək çıxıb gedir. Əslində onların oturduğu yerdə zibil də olmur: əllərində sellofan torbalarda boş su qablarını, tum qabıqlarını saxlayır, kiçik yaşlıları da təmizliyi qorumağa öyrədirlər. Belə mədəni münasibətdən sonra istər-istəməz azarkeş mədəniyyətinin hələ tam formalaşmadığı klubları düşünürsən. Məsələn, Tovuz stadionunun keçən il təmirdən sonra açılışında azarkeşlərin tribunaları nə günə qoyduğunu bütün ölkə görmüşdü.
Belə azarkeşi olan klubun öz meydanında onları sevindirməsi çox vacibdi. S.Xeyirbəyovun müxbirimizə bildirdiyinə görə, onlar tezliklə azarkeşləri regiona qaytarmağı düşünürlər. Bunun üçün klubun maliyyə imkanları da var:
- Bu imkanlar hesabına biz legionerləri kluba dəvət etdik. Bütün oyunçular üçün səfərlərdə yerləşdirmə, fiziki hazırlıqlar, oyun məşqləri yüksək səviyyədə həyata keçirilir. Mövsümdən öncə biz təlim-məşq toplantısı keçirdik və onda da futbolçuların mükəmməl hazırlığı üçün bütün maliyyə dəstəyini göstərdik.
Zülfiyyə Mustafayeva, xüsusi olaraq Pressing.az üçün