Elçin Məsiyevə UEFA-dan yeni təyinat
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Pressing.az xəbər verir ki, o, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya) oyununu idarə edəcək.
Belçikada keçiriləcək görüşdə Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.