Əfran İsmayılov: "Belə qərarlar dözülməzdir" – AÇIQLAMA
“Şəfa” klubu ötən gün Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt”ın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Pressing.az xəbər verir ki, qarşılaşmadan sonra Pressing.az-a açıqlama verən Bakı klubunun vitse-prezidenti Əfran İsmayılov komandanın ən yaxşı oyunlarından birini keçirdiyini bildirib:
“Gördüyünüz kimi, bu turlar içərisində keçirdiyimiz ən yaxşı oyunlardan biri oldu. Bəlkə də, 7-8 yüz faizlik şanslarımız var idi. Hamısı da qapı dirəyinə dəydi. Hansı ki, düz “9-luğ”-a ünvanlanan zərbələr idi. Bəxtsizlik amili də oldu. Bir xal qazandıq. Məğlubiyyətlər fonunda bu bir xal da bizim üçün çox önəmli idi”.
Oyunun hakim idarəçiliyinə toxunan klub rəsmisi bu mövzuda heç vaxt danışmadığını söyləyib:
“Açığı, mən futbol oynadığım dönəmdə də hakim idarəçiliyi ilə bağlı heç vaxt danışmamışam. İndi də 1:0 udurduq, rəqibin sonuncu müdafiəçisi, hansı ki, sarı vərəqəsi var idi və gedir cərimə meydançasında topa əli ilə vurur. Həm də ki, bilirsiz necə? Gedir bilərəkdən topu əlinin içi ilə vurur çıxarır. Həmin vaxt sarı vərəqə və penalti… Oyun 2:0 olsa və rəqib bir nəfər azlıqda qalsa… Onda artıq daha yaxşı oynayacaqdıq. Belə şeyi həqiqətən gözləməzdim. Mənə çox maraqlıdır ki, bu nə qərardır? Mən bunu hakimlərdən soruşdum, deyirlər ki, bilə-bilə etməyib, təsadüfən olub. Guya ki, qapıçının belinə vururmuş, topa dəyib. Belə qərar hardan çıxıb? Mən başa düşmürəm. Top əlinə dəydisə, fakt penaltidir. Bunun qaçılası yeri yoxdur. Sadəcə, mənə maraqlıdır ki, Rəhim Həsənov (AFFA Hakimlər Komitəsinin sədri) buna nə açıqlama verəcək. Həqiqətən üzücüdür, amma nə etmək olar”.
Daşqın Əziz