Cahangir Fərəcullayevin PR kompleksi – YAZI
2016-cı ildə Britaniyada Cek Conson adlı 19 yaşlı gənc özünü Devid Bekhemə oxşatmaq üçün təxminən 20 min funt-sterlinq xərcləmişdi. Yanaq və çənə dolğuları, qaş, dodaq və diş prosedurları, dəri qaralması və digər kosmetik müdaxilələrə kifayət qədər pul yatırmışdı. Ancaq xərclədiyi minlərlə funt-sterlinqə baxmayaraq, nəticə arzuladığı kimi olmadı. Görünüşünü dəyişmək üçün bu qədər pul xərcləyən Cek sonda xəyal qırıqlığı yaşadı.
AFFA-da baş verənlərə baxanda istər-istəməz bu məlumat yada düşür. Düzdür, baş katib Cahangir Fərəcullayevin özünü kimə bənzətmək istədiyini bilmirik. Amma baş katibin PR fəaliyyətinə nə qədər həvəs göstərdiyi, bu istiqamətdə hansı addımları atdığı artıq sirr deyil. Bir fərq var: Cek Conson öz pulunu xərcləyirdi, baş katibin isə bu həvəsin hesabının kimə və necə verəcəyi sual doğurur.
Baş katibin AFFA-da başladığı media islahatlarının nəticələrindən biri də media departamentinin faktiki olaraq Turab Teymurovun nəzarətinə keçməsidir. Hakimlər Departamentinin rəhbəri, baş katib Cahangir Fərəcullayevin "sağ əli" - Bəhruz Teymurovun qardaşı olan Turabın hazırda bu departamenti "Whatsapp"da qeyri-rəsmi idarə edir. Görünür, AFFA-da vəzifə bölgüsü ilə yanaşı, ailədaxili koordinasiya da kifayət qədər yaxşı qurulub.
Ancaq gəlin, bu idarəçiliyin nəticələrinə baxaq.
FIFA tərəfindən ilk dəfə təşkil olunan və Bakıda keçirilmiş U-15 Dünya Çempionatı başa çatdı. Ölkəmiz beynəlxalq futbol ictimaiyyətinin diqqət mərkəzində idi. Dünya mediasının gözü FIFA-nın və AFFA-nın rəsmi platformalarında idi. Belə bir turnir federasiya üçün həm ölkənin, həm də özünün beynəlxalq imicini nümayiş etdirmək baxımından əla fürsət idi.
Bəs AFFA bu fürsətdən necə istifadə etdi?
Turnir başa çatıb, final görüşü keçirilib, İspaniya çempion olub. Amma AFFA-nın rəsmi saytının ingilisdilli bölməsində hələ də bu mühüm hadisələrin izi görünmür. Dünya mediasının izlədiyi, beynəlxalq auditoriyaya təqdim edilməli olan turnirin finalı və bağlanış mərasimi federasiyanın ingilisdilli platformasında işıqlandırılmayıb.
Beynəlxalq PR dedikdə, yəqin ki, məhz belə bir mənzərə nəzərdə tutulmur. Yoxsa Turab Teymurovun uğurlu media strategiyası bundan ibarətdir? Ölkənin futbol tarixində ilk dəfə keçirilən dünya çempionatının beynəlxalq təbliğatını belə həyata keçirirlərsə, onda adi oyunların PR fəaliyyətindən nə gözləmək olar?
Maraqlıdır ki, Turab və Bəhruz Teymurov qardaşlarının AFFA-nın və baş katib Cahangir Fərəcullayevin PR fəaliyyətini gücləndirmək üçün Rüfət Quliyevin rəhbərlik etdiyi "Synergy Media" şirkəti ilə əməkdaşlıq barədə razılığa gəliblər.
Deməli, AFFA-nın öz media departamenti var, onun qeyri-rəsmi rəhbəri var, üstəlik, kənardan PR şirkəti də cəlb olunur. Bu qədər resurs, bu qədər insan və bu qədər koordinasiya qarşılığında ortaya hansı nəticə qoyulur?
"Synergy Media"ya hansı işlər həvalə olunub? Şirkətə sadəcə baş katibin adına mediada müsbət informasiya fonu yaratmaq tapşırılıb, yoxsa AFFA-nın beynəlxalq imicini formalaşdırmaq?
Bu şirkətə də, necə deyərlər, "konfet kağızı" verilmir. Müqavilə varsa, deməli, xidmət var, xidmət varsa, deməli, ödəniş var. Hər halda, dövlətdən ayrılan AFFA-nın vəsaiti şəxsi imic layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmayıb.
Cahangir Fərəcullayevin Devid Bekhem olmaq istəyib-istəmədiyini bilmirik. Amma bir məsələ aydındır ki, AFFA-nın baş katibi özünü futbol idarəçiliyinin siması kimi təqdim etdirmək istəyirsə, bunun üçün təkcə PR şirkəti ilə müqavilə bağlamaq kifayət etmir. Əvvəlcə idarə etdiyi qurumun işini qaydasına salmaq, beynəlxalq turnirin təbliğatını düzgün təşkil etmək lazımdır.
Cek Conson 20 min funt sterlinq xərclədi, amma Devid Bekhemə bənzəyə bilmədi. Cahangir Fərəcullayevin PR obrazına nə qədər vəsait xərcləndiyini isə hələ bilmirik. Amma bu xərclərin sonunda AFFA nə qazandı, futbolumuz nə qazandı?
Yoxsa bütün bu bahalı kosmetik müdaxilələrdən sonra ortada yenə də dəyişməyən bir mənzərə qalacaq: gözəlləşdirilən imic, amma eyni qalan idarəçilik.
Orxan İsmayılov