Xəbər lentiwidget-title-icon

U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI
“Gəncə” FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
"Liverpul"da itki
"Şahdağ Qusar"dan darmadağın
Cüdoçularımızdan bir gümüş, bir bürünc medal
Tanınmış jurnalist: "Ehtiram Quliyev klubun başındadır"
"Sabah"ın futbolçusu mükafatlandırılıb
AFFA-dan bu komandalara CƏZA
“Doğma vətəndə uduzmaq ağırdır” - Hidayət Heydərov
AFFA “Səbail”ə texniki məğlubiyyət verdi
Azərbaycan yığması seçmə mərhələdə 5-ci səbətdə yer alacaq
Azərbaycanın iki cüdoçusu 1/4 finalda
"Səbail" 550 min avroluq futbolçu transfer etdi
AMADA “Qəbələ”nin U-17 və U-19 komandaları üçün seminar keçirib
Ömər Rəcəbli dünya çempionatının 1/8 finalında
"Kəpəz"in futbolçusu Slovakiyaya qarşı oynadı
Üç cüdoçumuz ilk görüşlərində qələbə qazanıb
Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Əvəzedicilər Liqasında V turun təyinatları
"Neftçi" müntəzəm mövsümdəki ilk oyunda uduzdu
Son Hın Mindən rekord
Cahangir Fərəcullayev dostunun Elxan Məmmədova "işlədiyini" ifşa etdi – ŞOK DETALLAR
“Sabah” Litva klubuna məğlub olub
İspaniyadan geridönüş, İngiltərədən darmadağın - NƏTİCƏLƏR
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI

Azərbaycanın futbol üzrə U-20 milli komandası təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində Qəbələdə təşkil olunan beynəlxalq yoldaşlıq oyununa çıxıb. Gənclərimiz Asiyanın ən güclü futbol məktəblərindən biri hesab olunan Yaponiya U-20 yığmasını qəbul edib.

Yeri gəlmişkən, qeyd edək ki, Qəbələ toplanışı Ruy Jorjenin çalışdırdığı gənc futbolçuların beynəlxalq təcrübə qazanması və komandanın taktiki hazırlığının yüksəldilməsi məqsədi daşıyır və sentyabrın 24-dən start verib.

Yaponiyanın U-20 yığması ölkəmizdə və məhz Qəbələdə ilk yoldaşlıq oyununu keçirib və rayon klubunu 3-1 məğlub edib. U-20 millimiz isə bu toplanış çərçivəsindəki ilk rəsmi yoxlama oyununda Moldova yığması ilə qarşılaşaraq qonaqlara 0:1 hesabı ilə məğlub olub.

Qəbələdəki oyunda da gənclər həm bundan əvvəlki uğursuzluğun əvəzini çıxardı, həm də komandanın güclü rəqib fonunda real potensialını ortaya qoymaq şansı qazandı.

Maraqlıdı ki, bu ilin mart ayından U-20 yığmasına baş məşqçi təyin olunan portuqaliyalı Ruy Jorjenin oktyabr toplanışına cəlb etdiyi 25 nəfərlik geniş heyət daxili çempionatın coğrafiyasını və gənclər səviyyəsindəki oyunçu hovuzunu aydın şəkildə nümayiş etdirir. Mütəxəssislər bildirir ki, heyətin strukturuna nəzər saldıqda bir neçə kritik məqam diqqəti cəlb edir:

- Toplanışın doğma məkanda keçirilməsi fonunda yerli "Qəbələ" İK-nın qapıçısı Həbib Hüşənov komandanın arxa xətt təhlükəsizliyində əsas fiqurlardan biridi. Əslində oyunlarda müdafiə xəttində regional və paytaxt klublarının balanslaşdırılmış inteqrasiyası müşahidə olunur. Lakin zədə səbəbilə düşərgəni tərk etmiş "Sabah" müdafiəçisi Həzrət Səmədovun yoxluğu, Jorjenin müdafiə planlarında və rotasiya imkanlarında bəzi boşluqlar yaradır.

- Heyətin onurğa sütununu ölkənin aparıcı akademiyalarının nümayəndələri təşkil edir. "Qarabağ" (Uğur Qurbanlı), "Sumqayıt" (Aftandil Arıxov) və "İmişli" (Ayxan Abbaszadə) kimi klublardan dəvət alan gənclər əslində orta xətdə fərqli oyun üslublarının sintezini yaratmalıdı. Bu xəttin əsas problemi topa nəzarət deyil, pressinqdən çıxma sürətidi ki, sürətli yaponlara qarşı bu amil həlledici rol oynayır. Yeri gəlmişkən, yaponlar futbolda həmişə sürətli oyun nümayiş etdirib.

- "Qarabağ", "Sabah" və İspaniya akademiyası təcrübəsinə malik (məsələn, "Marcet" akademiyasından Səttar Tahirzadə) hücumameyilli kadrlar hücumun kreativliyini artırır. Gənc hücumçuların əsas hədəfi, əvvəlki yoldaşlıq matçında "Qəbələ"nin heyətində Yaponiya qapısına yol tapan Xəyyam Məmmədlinin nümayiş etdirdiyi aqressivliyi daha geniş miqyasda təkrarlamaqdı.

- Moldova ilə keçirilən ilk sınaqdakı minimal 0:1 hesablı uğursuzluq bizim gənclərin hücum xəttindəki bitiricilik problemini ortaya qoyub. Qəbələdəki oyunda da bunun şahidi olduq. Zənnimizcə, ən vacib məsələlərdən biri olan millimizin fiziki dözümlülük bacarığını sınaqdan keçirilməsi və bunun üzərində qurulan fəaliyyət təlim-məşq toplantısının əsas məqsədlərindən biri olacaq.

Yeri gəlmişkən, Qəbələdə keçirilən yoldaşlıq oyunu penaltilər seriyasında portuqaliyalı mütəxəssisin komandasının qələbəsiylə başa çatıb. Oyundan sonrakı mətbuat konfransında baş məşqçi bildirib ki, onlar səhvlərin analizi üzərində işləyəcək. R.Jorje həmçinin komandasının oyun perfomansından razılığını dilə gətirib.

Zülfiyyə Mustafayeva
Bakı-Qəbələ-Bakı

Oxşar xəbərlər