Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"İnanmasaydım, burada olmazdım" – Cavid Hüseynov

"Səbail" klubu Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı təbrik edirəm. Bizim üçün üzücü məğlubiyyət oldu. Düşünürəm ki, komandanın potensialı var. Yaxın gələcəkdə istədiyimiz nəticəni alacağıq. Heyətlə bağlı sıxıntılarımız var idi. Futbolçu kasadlığı yaşayırıq. Fiziki hazırlığımız o qədər də ürəkaçan olmadığı üçün 90 dəqiqə dözə bilmədik. Amma 70 dəqiqə yaxşı futbol oynadıq.

- Oyuna hazırlaşarkən futbolçulara əsas tapşırığınız nə idi?

- Heyət geniş olanda hansısa sistem dəyişikliyi edə bilərik. Futbolçu sayına görə bu gün sistemi bu cür qurduq. İkinci hissədə səhvlərə yol verdik. Çünki komandanın fiziki hazırlığı mən gələnə qədər ürəkaçan səviyyədə olmayıb. Mən də 10 gündür buradayam. Qısa müddət ərzində bacardığım qədər fiziki durumu irəli aparmışam. Sistemi otuzdurmaq 1 həftənin, 10 günün işi deyil. Bunu başa düşürdüm. Bu oyun bizə nəyin üzərində daha çox işləməli olduğumuzu göstərəcək.

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- İstəyərəm ki, məşqçilər korpusu geniş olsun. Fiziki hazırlıq məşqçimiz var. 4 gün öncə İspaniyadan dəvət etmişik. Bu il məqsədimiz Premyer Liqada qalmaqdır. Qışda transferlərə ehtiyac var. Hücum mövqeyində çox əziyyət çəkirik. Meydana hücumçusuz çıxırıq.

- Özünüzü "Səbail" üçün nə dərəcədə faydalı hesab edirsiz?

- Məşqçilik karyeramda hansı uğurları əldə etdiyim futbol ictimaiyyəti üçün sirr deyil. Özümü çox hazır hiss edirəm. Hər zaman məqsədimə doğru idi addımlarla irəliləməyə çalışıram. Komandaya xeyir vermək üçün buradayam. "Turan Tovuz"da yerim rahat idi. Kurban Berdiyevin köməkçisi idim. "Səbail"in Premyer Liqada qalması üçün əlindən gələni edəcəyəm.

- Kurban Berdiyevdən nə öyrəndiniz?

- Mənim öz ətrafımda olan insanlar da dedilər ki, bəlkə tələsməyəsən. Mən prinsipial insanam. 4 ay Kurban Berdiyevin yanında oldum. Bu, mənim üçün əla təcrübə idi. Çalışacam ki, bundan məşqçilik karyeramda istifadə edim. İnanmasaydım, burada olmazdım.

Oxşar xəbərlər

Bütün xəbərlər