Xəbər lentiwidget-title-icon

"Sabah"ın U-19 komandası "Barselona"ya məğlub oldu
“Səbail” Quba stadionunun ot örtüyünü dəyişdirəcək
Litvalı nazir "Sabah" - "Barselona" oyununu stadiondan izləyəcək
25 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
İngiltərə klubunda yeni müqavilə - RƏSMİ
Çempionlar Liqasında daha 9 oyun
"Turan" ÇL-in qrup mərhələsində ilk oyuna çıxır
"Sabah" "Barselona"nı qəbul edir
Regionlarda çalışan məşqçilər D kateqoriyalı kurslarda iştirak edirlər
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub
İkinci Liqada həftənin hakimləri məlum olub
Arşavin də Bakıdadır
Hansi Flik: "Sabah"la oyunda heyətdə rotasiyaya əl ata bilərik"
"Real"da itki
Dambrauskas: "Yamalın Bakıya gəlməməsinə görə üzülürəm"
"Zəngəzur” Türkiyə komandasına da məğlub oldu
"Sabah” - “Barselona” oyununa görə metroda iş saatı uzadılacaq
Bakıda gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start başlayıb
Birinci Liqada həftənin hakimləri məlum olub
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatıldı
Azərbaycanlı futbolçu Konfrans Liqası oyunlarına sifariş edildi
24 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Qalatasaray” bu gün “Aston Villa” ilə qarşılaşacaq - ÇL
Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri

"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!

“Turan Tovuz” – “Fenerbahçe” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

28 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” PFK ilə Türkiyənin “Fenerbahçe” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə “Turan Tovuz” PFK İB-nin rəhbərliyinə təşəkkürünü bildirib.

R.Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, “Turan Tovuz” və “Fenerbahçe” kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir.

“Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.

Qeyd edək ki, “Turan Tovuz” və “Fenerbahçe” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər. Həmin il avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıblar.

Beləliklə, “Turan Tovuz” və “Fenerbahçe” 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən üz-üzə gələcəklər.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fenerbahçe” oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər