Xəbər lentiwidget-title-icon

MPL: Mövsümün son turunun oyun cədvəli açıqlandı
“Qarabağ” yeni transferi rəsmən elan edib
Xorvatiya millisinin DÇ-2026 üçün heyəti - SİYAHI
"Beşiktaş"da Sergen Yalçın dövrü bitdi
Fərid Xəlilova vəzifə verildi
Xatirə turnirinə yekun vurulub
Nəriman Axundzadənin komandasında istefa
WUF13 ərəfəsində inklüziv antidopinq yanaşmalarına dair beynəlxalq konfrans keçirilib
"Sumqayıt"ın futbolçusu üçün əlamətdar oyun
"Ayntraxt"da gecikmiş istefa - RƏSMİ
Zamiq Əliyevin komandasından darmadağın
İtaliyalı baş məşqçi Ukrayna millisində
İkinci Liqada çempion müəyyənləşir
Ehtiram Şahverdiyev - 200
Azərbaycan millisi Avropa birincisi olub
İbrahim Həsənov Avropa çempionu oldu
“Turan Tovuz” və “Qəbələ”nin əvəzedicilərindən qələbə
"Sabah"ın qızıl mövsümü
"Zirə"nin qələbəsi - VİDEO
"Sabah" kuboka qovuşdu - VİDEO
"Nə hikmətdirsə, baş açmadım" - Rəşad Sadıqov
"Sumqayıt"ın məşqçisi: "Komandam haqda pis nəsə deyə bilmərəm"
"Rəqiblə baş-başa mübarizə apardıq" - Valdas Dambrauskas
Yuri Vernidub: "Bu gün çox xoşbəxt insanam"
"Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNİB

"İkinci komandamız olmalıdır, adı "Səbail" olmaya da bilər"

"Səbail" klubu Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik.

- "Səbail" bir çox matçlarda ikinci hissədə yaxşı futbol oyanır. Bunu 90 dəqiqə etmək üçün nə çatmır?

- İki məqam var. Biri psixoloji amil, digəri funksional hazırlıqdır. Uşaqlar yaxşı fiziki hazırlıq keçiblər. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur.

- Sanki yerli oyunçular olmasa, "Səbail" daha yaxşı nəticələr göstərər. Bu, sizin də ağlınıza gəlmir?

- Bu komanda neçə ildir Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq "Səbail" qapazaltı deyil. Razıyam, yerli seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdir ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edirlər. Pafos da olsa, deyəcəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.

- Azər Bağırov bildirdi ki, 2 xal itirdik. Siz necə düşünürsünüz?

- Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail".

- Fasilədə əvəzetmə etmədiz, amma oyunu dəyişə bildiz. Futbolçulara nə dediz?

- Futbolçuların intellektual keyfiyyətləri çox yüksəkdir. Futbolçuları qışqırmaqla başa salmaq olmur. Onların potensialına inanıram. Dedim ki, uduzsaz da, futbol oynayın.

- Ölkədə olan yerli futbolçuların ən yaxşıları "Qarabağ"dadır. Bu problemi necə həll etməyi düşünürsünüz?

- Bu mövsüm yaxşı yerləri tutsaq, layihəniz var. Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir.

- Bu şəraitlə futbolçu yetişə bilər?

- Bizim akademiyada olan şərait heç bir komandada yoxdur. Uşaqların yeməklərinə, geyimlərinə baxın. Bəli, bir meydançada 17-18 komanda inkişaf edə bilməz. Saat 11-ə qədər burada məşqlər gedir. Stadionumuzun ot örtüyü təbii olacaq. Yaxın ərazidə məşq etmək üçün iki meydança tikiləcək. Əhmədlidə akademiya üçün yerimiz var. Bunlar olsa, komanda yox, klub oluruq. "Turan Tovuz" və biz süni meydançada oynayırıq. Bu da zədələrə səbəb olur.

Oxşar xəbərlər