Xəbər lentiwidget-title-icon

0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI
Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib

0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin fəaliyyətinin iki ili tamam olmağa yaxındır. Düz bir il əvvəl İslandiyada millimizin 0:5 hesablı məğlubiyyətindən sonra çıxıb deyirdi ki, bu nəticə Azərbaycan xalqına hörmətsizlikdir.

Bəs indi baş verənlər nədir, cənab Fərəcullayev? Bu dəfə niyə jurnalistlərin qarşısına çıxmadınız? Yoxsa bu dəfə danışmağa cəsarətiniz çatmadı?

"Sabahın ulduzları" layihəsində medal paylamaqla ölkə futbolu inkişaf etmir. Futbolun inkişafı üçün infrastruktur qurmaq, sistem yaratmaq, uzunmüddətli strategiya müəyyənləşdirmək lazımdır. Siz isə mövcud infrastrukturu belə başsız qoyursunuz. Görünür, sabah ora da lotereyadan bir dostunuzu gətirəcəksiniz.

Hələ AFFA-nın idarəetmə strukturuna baxın. Baş katibin iki müavini, iki müşaviri və üstəlik, iki qeyri-rəsmi müşaviri var. Bu adam Rembodur, Ceki Çandır, kimdir ki bu qədər müşavir, müavinə sahib olur? Bu qədər adamın arasında məsuliyyət bölgüsü necə müəyyənləşdirilir?

Müşavir vaxtilə şərab zavodunda çalışıb, departament rəhbəri isə avtomobil yağları üzrə mütəxəssisdir. Görünür, AFFA-da kadr seçimində futbol təcrübəsindən çox, "Savalan", "Yeddi Gözəl", "Pakelo" və "Motul" kimi brendlərlə tanışlıq əsas götürülür. Bəs bu təcrübələrin Azərbaycan futbolunun inkişafına nə kimi töhfəsi olacaq?

AFFA-nın binasına təcrübəsiz və bacarıqsız kadrları toplamaqla futbol inkişaf etmir. Vəzifələr dost-tanışa paylanmaq üçün deyil, iş görmək üçündür. Amma görünən odur ki, ölkə futbolunun inkişafından daha çox kadr təyinatlarına diqqət ayrılır. Nəticə isə göz qabağındadır: hər il geriləyirik.

Biz futbolun inkişafını gözlədiyimiz halda, siz sürücülərin rəhbərini ingilis dilini bilmədiyi bəhanəsi ilə işdən çıxarıb yerinə yaxın tanışınızı gətirirsiniz. Sürücülərin rəhbərinin ingilis dili bilməməsi Azərbaycan futbolunun inkişafına mane olurmuş, deməli. Görünür, AFFA-da futbolu irəli aparmaq üçün əvvəlcə sürücülərin ingiliscə danışmasını təmin etmək lazımdır, futbolun özünü isə hələlik gözlətmək olar.

Maraqlıdır, futbolun inkişafına aid olmayan vəzifələrdə belə şəxsi münasibətlər bu qədər önəmlidirsə, görəsən, futbolun özündə hansı prinsiplər əsas götürülür?

Cənab Fərəcullayev, dostlarınıza göstərdiyiniz diqqətin heç olmasa bir hissəsini Azərbaycan futboluna ayırsaydınız, bəlkə də bu gün tamam başqa mənzərədən danışardıq. Futbolun problemləri medal təqdimatları və dostlara şərait yaratmaqla həll olunmur. Bunun üçün məsuliyyət, peşəkarlıq və real iş lazımdır.

İki ilə yaxın vaxt keçib. Görülən işləri göstərməyin vaxtıdır. Azərbaycan futbolu şəxsi münasibətlərin, dostluqların və vəzifə bölgülərinin qurbanına çevrilməməlidir.

Azərbaycan futbolu dost-tanışın işlə təmin olunduğu, vəzifələrin bölüşdürüldüyü bir qurumdan daha artığına layiqdir.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər