“Sabah”ın Avropa yürüşü: Təsadüf, yoxsa sistem? – YAZI
“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməsi sistemli işin, düzgün idarəçiliyin və peşəkar yanaşmanın bəhrəsidir.
Azərbaycan çempionu əvvəlcə Uels təmsilçisi TNS-i, daha sonra isə Finlandiya çempionu KuPS-u mübarizədən kənarlaşdırdı. Hər iki rəqib öz ölkələrinin futbolunda söz sahibi olan, avrokubok təcrübəsinə malik komandalar idi. Xüsusilə KuPS üzərində qazanılan uğur göstərdi ki, “Sabah” təsadüf nəticəsində yox, futbol keyfiyyəti hesabına bu mərhələyə yüksəlib.
Bu komandanın ən böyük üstünlüyü meydanda nə etdiyini bilməsidir. Futbolçular hansı dəqiqədə necə davranmalı olduqlarını anlayırlar. Müdafiədən hücuma keçidlər, topa nəzarət, pressinq və oyun intizamı artıq “Sabah”ın vizit kartına çevrilməkdədir. Ən önəmlisi isə odur ki, komanda rəqibin adına yox, öz futboluna inanır.
Bu uğurun arxasında duran əsas amillərdən biri klubun illərdir formalaşdırdığı idarəçilik modelidir. Azərbaycan futbolunda bəzən qısamüddətli nəticələr naminə plansız qərarlar verilir. “Sabah” isə fərqli yol seçdi. Klub addımlarını düşünərək atdı, inkişafa uzunmüddətli strategiya ilə yanaşdı və bu gün həmin strategiyanın bəhrəsini görür.
Bu prosesdə klub prezidenti Maqsud Adıgözəlovun rolu xüsusi qeyd olunmalıdır. Müasir futbolda rəhbərin işi təkcə maliyyə təmin etmək deyil. Düzgün futbol fəlsəfəsini formalaşdırmaq, peşəkar idarəetmə sistemi qurmaq, sabitlik yaratmaq və inkişaf üçün şərait hazırlamaq ən vacib məsələlərdəndir. “Sabah”ın son illərdə keçdiyi yol göstərir ki, klubda emosional deyil, planlı qərarlar qəbul edilir. Məhz belə idarəçilik komandanın hər mövsüm üzərinə yeni uğurlar əlavə etməsinə imkan yaradır.
Çempionluq qazanmaq bir uğurdur, həmin uğuru Avropada təsdiqləmək isə tamam başqa səviyyədir. “Sabah” bunu bacarır. Komanda göstərir ki, Azərbaycan çempionu adına layiqdir və bu titul təsadüf nəticəsində qazanılmayıb.
Baş məşqçi Valdas Dambrauskasın gəlişi də komandanın oyununda aydın hiss olunur. Litvalı mütəxəssis “Sabah”a müasir futbol düşüncəsi gətirib. Onun komandası rəqibdən çəkinmir, təşəbbüsü əldən vermək istəmir, topa sahib olmağa çalışır və oyun ərzində intizamını qoruyur. Dambrauskasın ən böyük üstünlüklərindən biri futbolçuların potensialını üzə çıxarmağı bacarmasıdır. Meydanda xaotik deyil, planlı futbol izləyirik. Bu isə məşqçi əl işinin ən bariz göstəricisidir.
Əlbəttə, qarşıda daha böyük sınaq var. Böyük ehtimalla növbəti rəqib Polşa çempionu “Lex” olacaq. Kağız üzərində favorit bəlkə də Polşa təmsilçisidir. Ancaq futbol yalnız büdcə, reytinq və adlardan ibarət deyil. Meydanda xarakter, inam və düzgün taktika da həlledici rol oynayır.
Bugünkü “Sabah”a baxanda bu komandanın sürpriz etmək potensialına sahib olduğunu demək üçün kifayət qədər əsas var. TNS və KuPS da favorit sayılırdı. Lakin Azərbaycan çempionu hər iki maneəni inamla keçdi. Deməli, “Lex” qarşısında da “niyə olmasın?” sualını verməyə tam haqqımız çatır.
Ən sevindirici məqam isə odur ki, “Sabah” artıq yalnız öz uğuru üçün oynamır. Klub hər qələbəsi ilə Azərbaycanın UEFA reytinqinə xal qazandırır, ölkə futbolunun nüfuzunu artırır və Avropaya göstərir ki, Azərbaycan klubları rəqabət aparmağa qadirdir.
Bəlkə də bu gün “Sabah”ın ən böyük qələbəsi hesab lövhəsində yazılan nəticə deyil. Ən böyük qələbə insanların bu komandaya inanmağa başlamasıdır. Azərbaycan futbolunun inkişafı məhz belə layihələrdən, belə idarəçilikdən, belə məşqçi seçimindən və belə oyun mədəniyyətindən keçir.
“Sabah” artıq tarix yazıb. Klub minimum UEFA Konfrans Liqasının əsas mərhələsino təmin edib.
Amma niyə də bu, Çempionlar Liqası və ya Avropa Liqası olmasın?
Orxan İsmayılov