Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Turan Tovuz" "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Pressing.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"İki fərqli hissə izlədik. Birinci hissədə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik”.
- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?
- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, penalti var.
- Penalti epizodunun təkrarına baxmısınız? Karyeranızda belə penalti görmüsünüz?
- Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.
- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?
- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.(sportal.az)