Xəbər lentiwidget-title-icon

AFFA cərimləri "yağdırdı"
Xəyal etdi, inandı, qazandı – “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı – VİDEO
Kikboksinq millimiz dünya kubokunda 38 medal qazanıb – FOTOLAR
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər məlumdur
Son dəqiqələrin qəhrəmanı – Tellur Mütəllimov – VİDEO
Azərbaycan millisi eyni mövqedə qaldı
“Gəncə”nin Avropa Kubokundakı oyunu təxirə salınıb
İtaliya klubunda itki
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşüb
"Turan" Çempionlar Liqasında ilk oyuna çıxır
İkinci Liqada daha iki oyun
ÇL: "Sabah" "Borussiya"nı qəbul edir
Gəncədə keçirilən beynəlxalq şahmat festivalına yekun vurulub
“Sabah” NTD-yə qalib gəlib - ABL
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
Mbappe birinci oldu
Toral Bayramov oynadı, komandası qalib gəldi
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Valdas Dambrauskas: "Çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma..."
Niko Kovaç: “Sabah qələbə qazanmalıyıq”
Həsən Zeynalov: “Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
Birinci Liqada həftənin hakimləri məlum olub
İkinci Liqa: “Şəmkir”lə “Difai”dən heç-heçə
Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazanıb

"Hakimlərlə kommunikasiya üzərində çox işləyirəm" - Rəşad Sadıqov

"Olduqca stressli oyun keçdi. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi, lakin sonra rəqib riskə getdiyi üçün biz daha çox müdafiədən oynamağa başladıq. Layiqli mübarizə aparan futbolçularımı təbrik edirəm".

Pressing.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunda 1/2 finalın cavab görüşləri çərçivəsində "Turan Tovuz"la baş tutan matçdan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi "Turan Tovuz"un ən güclü silahına qarşı uğurlu müdafiə olunduqlarını bildirib:

"Bunun hansısa xüsusi sirri yoxdur. Bu gün sadəcə uğurlu alındı. Çempionatda növbəti turda yenə bu rəqiblə qarşılaşacağıq və həmin vaxt nələrin baş verəcəyini indidən bilmək olmaz".

Mütəxəssis ilk oyundakı müzakirə yaradan epizodların penalti olduğunu etiraf edib:

"Təbii olaraq müəyyən basqı yaradır. Biz də başa düşürük ki, bəzən bu iradlar haqlı olur. Başa düşürük ki, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Ola bilsin hakimlər və rəqib üzərində basqı yaratmaqdan ötrü taktiki gedişatlar olur. Epizodlara gəldikdə, sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi görünür. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm.

Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod "İmişli" - "Qəbələ" oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. "Qarabağ"la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir. Hər iki komanda finala layiq idi. Birinci oyunda yaxşı fürsətlərimiz oldu, istifadə etdik. "Turan Tovuz" da finala layiq idi. Biz daha şanslı olduq".

R. Sadıqov finaldakı potensial rəqib ("Qarabağ" və ya "Sabah") seçimi ilə bağlı sualı belə cavablandırıb:

"Elə cütlükdür ki, oradan kimisə özünə arzulamırsan. İmkan olsa, ikisi ilə də oynamazsan (gülür). "Qarabağ"ın böyük təcrübəsi var, "Sabah" isə çempionluğa oynayır. İndidən kimisə arzualamaq olmur".

Mütəxəssis rəqib klubun rəhbəri Ehtiram Quliyevin sözlərindən məyus olduğunu gizlətməyib:

"O açıqlama məni çox məyus etdi. Məsələ hakimi tənqid etməkdən getmir, mənim də penaltim verilməsəydi tənqid edərdim. Amma orada bəzi ifadələr var ki, çox emosionaldır və məyusedicidir".

Baş məşqçi Tovuz klubunun karyerasındakı xüsusi yerini xatırladıb:

"Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsanız, deyərlər. Dedim ki, "Turan"da oynayacağam. Şəhəri də, azarkeşləri də çox sevmişdim. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar.

"Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevinmşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb. Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Bir çoxları məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda izləmək daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Stadiona zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir".

Baş məşqçi potensial final rəqibləri olan "Qarabağ"ın hazırkı durumu və rəqib seçimi ilə bağlı suala cavab verərkən həlledici matçlarda rəqibin zəifləyəcəyinə inanmadığını bildirib:

"Finala kim çıxırsa-çıxsın yorğun, istəksiz, motivasiyasız olmayacaq. Titul uğrunda son addımdır. Avropa Liqası ilə bağlı məqam da var. Hazırda rəqibi seçmirəm. Xeyirlisi nədirsə, o olsun. Sabah çox maraqlı oyun olacaq. "Sabah" - "Qarabağ" matçını səbirsizliklə gözləyirəm. Həmişə "Neftçi" - "Qarabağ" oyunlarını gözləmişəm. İndi artıq "Sabah" da bu oyunlara daxil olub. "Sabah" - "Neftçi, "Sabah" -"Qarabağ" matçları derbidir".

Rəşad Sadıqov Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevin durumu və yerli futbolçuların uğur qazandıqdan sonra üzləşdiyi çətinliklər barədə şəxsi təcrübəsinə əsaslanaraq danışıb:

"Vaxtı ilə bəlkə məndə də xətalar olub, ona görə kiminsə səhvi haqqında danışmağım düzgün olmaz. Çox istəyərdim ki, yerli oyunçular daha intizamlı olsunlar. Çempionlar Liqasında uğur qazanmaq asan deyil, amma məşhurlaşdıqca bunu düzgün balanslaşdırmaq lazımdır, yoxsa fəsadlar olacaq".

Rəşad Sadıqov son oyunlarda hakim qərarlarının komandanın xeyrinə olması ilə bağlı yaranan ictimai rəyə və bunun onu narahat edib-etməməsinə dair suala səmimi cavab verib:

"Əsas etirazlar "Turan Tovuz" və "Neftçi" ilə oyunlardan sonra oldu. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. "Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum".(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

AFFA cərimləri "yağdırdı"
Xəyal etdi, inandı, qazandı – “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı – VİDEO
Kikboksinq millimiz dünya kubokunda 38 medal qazanıb – FOTOLAR
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər məlumdur
Son dəqiqələrin qəhrəmanı – Tellur Mütəllimov – VİDEO
Azərbaycan millisi eyni mövqedə qaldı
“Gəncə”nin Avropa Kubokundakı oyunu təxirə salınıb
İtaliya klubunda itki
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşüb
"Turan" Çempionlar Liqasında ilk oyuna çıxır
İkinci Liqada daha iki oyun
ÇL: "Sabah" "Borussiya"nı qəbul edir
Gəncədə keçirilən beynəlxalq şahmat festivalına yekun vurulub
“Sabah” NTD-yə qalib gəlib - ABL
“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışda
Mbappe birinci oldu
Toral Bayramov oynadı, komandası qalib gəldi
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Valdas Dambrauskas: "Çalışacağıq ki, sabah çoxlu qol vuraq, amma..."
Niko Kovaç: “Sabah qələbə qazanmalıyıq”