Xəbər lentiwidget-title-icon

Azərbaycan millisi Avropa birincisi olub
İbrahim Həsənov Avropa çempionu oldu
“Turan Tovuz” və “Qəbələ”nin əvəzedicilərindən qələbə
"Sabah"ın qızıl mövsümü
"Zirə"nin qələbəsi - VİDEO
"Sabah" kuboka qovuşdu - VİDEO
"Nə hikmətdirsə, baş açmadım" - Rəşad Sadıqov
"Sumqayıt"ın məşqçisi: "Komandam haqda pis nəsə deyə bilmərəm"
"Rəqiblə baş-başa mübarizə apardıq" - Valdas Dambrauskas
Yuri Vernidub: "Bu gün çox xoşbəxt insanam"
"Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNİB
"Sumqayıt"da itki
"Zirə" - "Sumqayıt" matçı üçün HEYƏTLƏR
"Sabah" - "Neftçi" matçı üçün HEYƏTLƏR
“Şəki Siti”də futbolçu üsyanı – Rəhbərlik hüquqi addımlar atacaq
Avropa kubokunun ilk günündə 8 medal
17 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabah” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
Nəriman oynamadı, komandası 1 xalla kifayətləndi
Məşhur mütəxəssis rəsmən "Çelsi"də
Azərbaycanın stolüstü tennisçilərindən Daşkənddə üç mükafat
MPL: "Zirə" "Sumqayıt"a, "Sabah" "Neftçi"yə qarşı
Pas...
İbrahim Həsənov Avropa çempionatının finalında
Harri Keyndən rekord

"Sabah"ın qızıl mövsümü

“Sabah” bu mövsüm sadəcə kubok qazanan klub olmadı, idarəçilik modeli ilə də diqqət çəkdi. Futbolda Azərbaycan Kubokunu, basketbolda isə ABL çempionluğunu qazanmaq təsadüfi deyil. Bu, klub daxilində qurulan sistemin, planlamanın və ən əsası rəhbərliyin doğru strategiyasının nəticəsidir. Burada ilk növbədə klub prezidenti Maqsud Adıgözəlov və idarəetmə komandasının əməyini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanda çox klub müəyyən dövrlərdə maliyyə hesabına qısamüddətli uğurlar qazanıb. Amma “Sabah” fərqli yol seçdi. Klub son illərdə həm infrastruktur, həm akademiya, həm marketinq, həm də idarəçilik baxımından addım-addım böyüdü. Bu gün gəlinən nöqtə artıq təsadüfi deyil. Klubun ölkə futbolunda iddialı gücə çevrilməsi planlı işin təcəssümüdür.

Basketbolda əfsanəvi litvalı məşqçi Rimas Kurtinaitis ilə çempionluq qazanılması da “Sabah”ın idman layihəsinə nə qədər ciddi yanaşdığını göstərdi. Onun ayrılığı müəyyən boşluq yaratsa da, bu uğur artıq klub tarixində xüsusi yerini aldı.

Fəqət hazırda əsas diqqət futboldadır.

Valdas Dambrauskasın rəhbərliyi altında “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasına yollanacaq. Bu, klub üçün yeni mərhələdir. Çünki Çempionlar Liqası sadəcə turnir deyil — tam başqa atmosfer, başqa temp, başqa təcrübədir. Burada artıq daxili arenadakı dominant oyun kifayət etmir.

“Sabah”ın hazırkı heyəti Azərbaycan Premyer Liqası üçün kifayət qədər güclüdür. Komandada keyfiyyətli legionerlər, potensiallı yerli futbolçular və müasir futbol düşüncəsinə sahib baş məşqçi var. Dambrauskasın oyun fəlsəfəsi də komandaya oturub. “Sabah” artıq meydanda nə etdiyini bilən komandadır.

Ancaq reallıq budur ki, Çempionlar Liqasında uğurlu olmaq üçün bu heyət hələ tam yetərli görünmür.

Xüsusilə Avropa səviyyəsində bir mövsümü 2-3 cəbhədə aparmaq çox ağırdır. Premyer Liqa, kubok və avrokubok paralel gedəndə heyətin dərinliyi əsas faktora çevrilir. “Qarabağ” illərlə bunu formalaşdırdı. Rotasiya, təcrübə, oyun ritmi və beynəlxalq səviyyəyə uyğun heyət quruculuğu birdən yaranmadı. Ona görə də “Sabah”ın qarşısında duran əsas məsələ təkcə start heyəti yox, geniş və rəqabətli kollektiv formalaşdırmaqdır.

Bəzi mövqelərdə daha sürətli, daha fiziki və avrokubok təcrübəsi olan futbolçulara ehtiyac hiss olunur. Çünki ÇL-də xırda səhvlər belə çox baha başa gəlir. Orada temp də fərqlidir, təzyiq də, oyun intizamı da.

Buna baxmayaraq, “Sabah”ın ən böyük üstünlüyü odur ki, klub inkişaf etmək istəyir və bunun üçün çalışır. Ambisiya görünür. Klub rəhbərliyi hər il komandanı bir addım irəli aparmağa çalışır. Böyük ehtimalla yay transfer dönəmində də ciddi işlər görüləcək. Çünki həm rəhbərlik, həm məşqçi heyəti anlayır ki, indiki “Sabah” yaxşı komandadır, amma Avropada daha rəqabətli olmaq üçün əlavə keyfiyyət lazımdır.

Ən vacibi isə budur ki, “Sabah” artıq Azərbaycan futbolunda sabit layihə görüntüsü verir. Bu gün onları “Qarabağ”la müqayisə etmələri də təsadüfi deyil. Bu müqayisə həm təzyiqdir, həm də inkişaf göstəricisi.

İndi əsas məsələ növbəti addımı düzgün atmaqdır.

Çünki Çempionlar Liqası sadəcə ora düşmək yox, orada özünü göstərmək meydanıdır. “Sabah”ın isə bunu etməyə həm potensialı, həm də iddiası var.

Orxan İsmayılov

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan millisi Avropa birincisi olub
İbrahim Həsənov Avropa çempionu oldu
“Turan Tovuz” və “Qəbələ”nin əvəzedicilərindən qələbə
"Sabah"ın qızıl mövsümü
"Zirə"nin qələbəsi - VİDEO
"Sabah" kuboka qovuşdu - VİDEO
"Nə hikmətdirsə, baş açmadım" - Rəşad Sadıqov
"Sumqayıt"ın məşqçisi: "Komandam haqda pis nəsə deyə bilmərəm"
"Rəqiblə baş-başa mübarizə apardıq" - Valdas Dambrauskas
Yuri Vernidub: "Bu gün çox xoşbəxt insanam"
"Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNİB
"Sumqayıt"da itki
"Zirə" - "Sumqayıt" matçı üçün HEYƏTLƏR
"Sabah" - "Neftçi" matçı üçün HEYƏTLƏR
“Şəki Siti”də futbolçu üsyanı – Rəhbərlik hüquqi addımlar atacaq
Avropa kubokunun ilk günündə 8 medal
17 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabah” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
Nəriman oynamadı, komandası 1 xalla kifayətləndi
Məşhur mütəxəssis rəsmən "Çelsi"də