Xəbər lentiwidget-title-icon

"Sumqayıt"dan yubiley qələbəsi
Premyer Liqada 60-cı qol
"Atalanta" "Kalyari"yə belə uduzdu - VİDEO
Ağdam klubu niyə Bakıda torpaq axtarır? – Narazılıqlar artır
Reşfordla bağlı qərar
Masazırda iki qol, iki "qırmızı" - VİDEO
"Sabah"ın müdafiəçisi: "Hazırda kubokun finalı barədə düşünmürük" – AÇIQLAMA
"Ağdaş"ın 5 qollu qələbəsi - VİDEO
Tovuzda hərəyə bir qol - VİDEO
Valdas Dambrauskas: "Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik"
"Çempionat hələ bitməyib" - Füzuli Məmmədov
"Sabah" "Karvan-Yevlax"a qalib gəldi, Tovuzda bərabərlik - YENİLƏNİB
"Sabah" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
İL: "Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub etdi
"Turan -Tovuz" - "Zirə" matçı üçün HEYƏTLƏR
AFFA-nın stadionu yenilənir
Birinci Liqada həftənin hakimləri məlum oldu
1-ci Liqada üçüncü yer və final oyununun tarixi açıqlandı
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu!
AFFA Lənkəranda festival təşkil edib
İkinci Liqada daha iki oyun
"Qarabağ" Koxalskinin əvəzinə yeni qapıçı almağa hazırlaşır
Cəlal Hüseynov oynadı, komandası uduzdu
28 aprel: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA

Ağdam klubu niyə Bakıda torpaq axtarır? – Narazılıqlar artır

"Qarabağ" son illərdə Azərbaycanın futbol brendi kimi formalaşıb. Klubun UEFA Çempionlar Liqasında ölkəmizi təmsil etməsi, büdcəsini 50 milyon manatdan artıq zənginləşdirməsi danılmaz faktdır. Bu, həm imic, həm də maliyyə baxımından böyük uğurdur.

Amma əsas sual budur: bu qədər gəlirin qarşılığında sistemli inkişaf varmı?

Məlumatlara görə, klub akademiya məsələsində hələ də gözlənilən səviyyəyə çatmayıb. Məşqçilərin maaşlarının artırılmaması, infrastrukturun zəif qalması və uzunmüddətli inkişaf proqramlarının görünməməsi ciddi suallar doğurur. Halbuki müasir futbolda uğurun təməli məhz akademiyadan başlayır.

Akademiyanın rəhbəri Aftandil Hacıyevin fəaliyyəti də suallar doğurur. Yerli futbolçuların inkişafı üçün konkret proqramların görünmədiyi bir vaxtda seleksiya istiqamətinin daha çox Afrika küçələrinə yönləndirilməsi birmənalı qarşılanmır. Bu strategiyanın nə dərəcədə effektiv olacağını isə zaman göstərəcək.

"Qarabağ" rəhbərliyinin hər dəfə Bakıda torpaq sahəsi istəməsi isə başadüşülən deyil. Çünki klub paytaxtı deyil, Ağdamı təmsil etdiyini dərk etməlidir. "Qarabağ"ın təmsil etdiyi Ağdamda "İmarət" stadionunun təməli qoyulub. Ağdam klubu olaraq “Qarabağ”ın daşıdığı simvolik yük böyükdür. “İmarət” stadionunun təməlinin qoyulması mühüm hadisədir. Lakin klubun bu prosesə kommunikasiya baxımından yetərincə diqqət ayırmaması diqqətdən qaçmır.

Məsələn, "Turan Tovuz" qısa müddətdə infrastruktur layihələri ilə diqqət çəkdi. Klubun prezidenti Ehtiram Quliyev məşq meydançalarının qurulması və real addımlarla nümunə göstərdi.

“Qarabağ”ın prezidenti Tahir Gözəl isə daha böyük resurslara sahib olsa da, akademiya və infrastruktur sahəsində eyni dinamikanı nümayiş etdirmir. Bu isə haqlı olaraq müqayisələrə səbəb olur.

Hətta "Neftçi” İdman klubunun İdarə Heyətinin sədrinin müşaviri Sadıq Sadıqov da Futbolinfo.az-a müsahibəsində bu məsələyə sərt reaksiya bildirib. Sadıqov narazılıq edib ki, "Qarabağ" rəhbərliyinin akademiya tikmək üçün tapa biləcəyi başqa bir yer yoxdur?

Sitat: “Suraxanıdakı ərazi Neftçi” İSM-ə məxsusdur. “Qarabağ” rəhbərliyi də çox gözəl bilir ki, klubun inkişafı üçün ora 25 illik onlara icarəyə verilib. Çünki o vaxt Quzanlıda vəziyyət indiki kimi deyildi. Bizə Quzanlıda futbolun inkişafı lazımdır. Suraxanıdakı bazada biz Fərid Mənsurov, Rövşən Bayramov, Rəsul Çunayev kimi idmançılar yetişdirmişik. Ora gün ərzində 700-800 uşaq gəlib-gedir, əla zallarımız var. Suraxanıda yeganə ərazidir ki, pulsuzdur. Get “Qarabağ”a de ki, onlara verilən əraziyə baxmaq istəyirsən, gör səni buraxacaqlar? Amma “Neftçi”yə yaxınlaş, uşağını təmənnasız idmana yazdır. Yaxşı, biz öz ərazimizi də verdik “Qarabağ”a, bəs idmanla məşğul olan uşaqlar hara gedəcək? Niyə oranı istəyirlər? Çünki hər cür şərait var. Məgər Tahir Gözəlin tapa biləcəyi başqa yer yoxdur? Getsin boş ərazilərdə özünə baza tiksin də. Quzanlıda düzəltsin, komandanı orada qarşılasın".

Xülasə, “Qarabağ”ın qazandığı milyonlar klub üçün yeni mərhələ açmalı idi. Amma hazırkı mənzərə göstərir ki, akademiya prioritet deyil, yerli futbolçu yetişdirmə sistemi zəifdir, infrastruktur inkişafı gözlənilən səviyyədə deyil.

Uğur təkcə Avropa oyunları ilə ölçülmür. Davamlı sistem qurulmasa, bu uğurlar müvəqqəti olacaq.

Əsas sual isə açıq qalır: “Qarabağ” bu milyonları gələcək üçün investisiyaya çevirə biləcək, yoxsa bu fürsət də itəcək?

Hilal

Oxşar xəbərlər


Bütün xəbərlər

"Sumqayıt"dan yubiley qələbəsi
Premyer Liqada 60-cı qol
"Atalanta" "Kalyari"yə belə uduzdu - VİDEO
Ağdam klubu niyə Bakıda torpaq axtarır? – Narazılıqlar artır
Reşfordla bağlı qərar
Masazırda iki qol, iki "qırmızı" - VİDEO
"Sabah"ın müdafiəçisi: "Hazırda kubokun finalı barədə düşünmürük" – AÇIQLAMA
"Ağdaş"ın 5 qollu qələbəsi - VİDEO
Tovuzda hərəyə bir qol - VİDEO
Valdas Dambrauskas: "Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik"
"Çempionat hələ bitməyib" - Füzuli Məmmədov
"Sabah" "Karvan-Yevlax"a qalib gəldi, Tovuzda bərabərlik - YENİLƏNİB
"Sabah" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
İL: "Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub etdi
"Turan -Tovuz" - "Zirə" matçı üçün HEYƏTLƏR
AFFA-nın stadionu yenilənir
Birinci Liqada həftənin hakimləri məlum oldu
1-ci Liqada üçüncü yer və final oyununun tarixi açıqlandı
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu!