Azərbaycan yığması Andorranı məğlub etdi
Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq matçına çıxıb.
Pressing.az xəbər verir ki, Ayxan Abbasovun komandası səfərdə Andorra ilə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Matçı ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edib.
Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyunu olub.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteynə qalib gəlib - 1:0.
22:00. Andorra - Azərbaycan - 1:3
Qollar: Eşqin Əhmədov, 2 (0:1), Musa Qurbanlı, 48 (0:2), Fernandez, 55 (1:2), Toral Bayramov, 70-pen. (1:3)
Baş hakim: Xose Luis Munuera
“Estadi de la FAF” stadionu