Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur
"Şirvan"dan darmadağın - VİDEO
Bir qolun sirri... – YAZI
Keyndən daha bir rekord
NTD və “Ordu”dan məğlubiyyət - ABL
Azərbaycanın 2 boksçusu AÇ-yə qələbə ilə başlayıb
"Sabah"ın futbolçusunun komandasından heç-heçə
"Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu
Ayxan Abbasov: "Sevindirici hallar çox oldu"
Azərbaycan yığması Andorranı məğlub etdi
Emin Mahmudova xüsusi hədiyyə təqdim edilib
Andorra - Azərbaycan matçı üçün HEYƏTLƏR
"Qaradağ Lökbatan"dan darmadağın - VİDEO

AGF ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb

Azərbaycan Güləş Federasiyası (AGF) ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb.

Pressing.az xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyev sözügedən ölkədə işgüzar səfərdə olub.

Səfərin əsas məqsədi güləşin inkişafı, milli komandaların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman idarəçiliyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfər çərçivəsində Kolorado-Sprinqs şəhərində ABŞ Güləş Federasiyasının (USA Wrestling) nümayəndələri ilə görüş keçirilib. Görüşdə iki ölkənin güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi, idmançı və məşqçi hazırlığı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Baş katib ABŞ Olimpiya Təlim Mərkəzində idmançıların hazırlıq sistemi, müasir məşq metodologiyaları və idman infrastrukturunun fəaliyyəti ilə tanış olub. Xüsusilə fiziki dözümlülüyün artırılması, idmançıların funksional hazırlığının təkmilləşdirilməsi və çəki salma prosesinin müasir, elmi əsaslandırılmış metodlarla təşkili mövzularında keçirilən seminarlarda iştirak edib. Bu sahələrdə əldə olunan təcrübənin Azərbaycan güləşçilərinin hazırlıq prosesində tətbiqi imkanları diqqət mərkəzində olub.

Səfərin Vaşinqton mərhələsində isə ABŞ Nümayəndələr Palatasında, Corc Meyson Universitetində və digər qurumlarda görüşlər keçirilib. Görüşlər zamanı idman menecmenti, gənclər idmanının inkişafı, idmanın iqtisadi inkişafdakı rolu və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Azərbaycan Güləş Federasiyasının beynəlxalq əlaqələrinin gücləndirilməsi, milli komandaların hazırlıq keyfiyyətinin artırılması və güləşdə müasir elmi-praktik yanaşmaların tətbiqi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, səfər ABŞ Konqres Kitabxanası tərəfindən dəstəklənən və ABŞ-nin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Open World” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” (Economic Development through Sports) layihəsi çərçivəsində təşkil olunub. Proqramda Azərbaycan Güləş Federasiyası ilə yanaşı, Azərbaycan Su İdmanı Növləri Federasiyası, Azərbaycan Üzgüçülük Federasiyası, Azərbaycan Oxatma Federasiyası və Azərbaycan Minifutbol Federasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər