Xəbər lentiwidget-title-icon

"Neftçi" "Qəbələ"yə qalib gəlir - YENİLƏNİR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
“Neftçi”nin hücumçusu milliyə çağırılıb
“Gəncə” və “Neftçi” yoxlama matçı keçirəcək
“Naxçıvan” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb - RƏSMİ
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə edib
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan boksçularından Avropa çempionatında 2 qələbə
Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı
"Beşiktaş" "Marsel"ə belə qalib gəldi - VİDEO
Azərbaycan yığmalarından növbəti qələbə
Azərbaycan yığmasında yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı olacaq
“Turan Tovuz” – “Zirə” matçının hakimləri açıqlanıb
"Şahdağ Qusar"ın qələbəsi - VİDEO
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix məlumdur
"Beşiktaş" və "Yuventus"dan qələbə, "Seltik" uduzdu - NƏTİCƏLƏR
İspaniya Super Kuboku Türkiyədə!
Azərbaycan millisinin rəqibləri məlum olub
2-ci liqada 6 oyunun saatı məlum olub
"Kəpəz" 15 yaşlı futbolçu ilə müqavilə imzaladı
AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı
Yurgen Klopp Almaniya millisinə onları dəvət etdi

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ACF-də

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri Azərbaycan Cüdo Federasiyasına (ACF) səfər ediblər.

Pressing.az xəbər verir ki, Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, komitə sədrinin müavini, Millət vəkili Könül Nurullayeva, komitənin üzvləri - Millət vəkilləri Göydəniz Qəhrəmanov və Mahir Süleymanlı federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək inkişaf planları ilə yaxından tanış olublar.

Görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov iştirak edib.

Qonaqlara Azərbaycan Cüdo Federasiyasının son illərdə həyata keçirdiyi institusional islahatlar, strateji inkişaf istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı məlumat təqdim olunub.

Bildirilib ki, federasiya tərəfindən ölkədə cüdonun kütləviliyinin artırılması, regionlarda fəaliyyətin genişləndirilməsi, müasir idman infrastrukturunun yaradılması, məşqçi, hakim və digər idman mütəxəssislərinin hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.

Eyni zamanda, Azərbaycanın beynəlxalq cüdo arenasında qazandığı uğurlar, milli komandaların nəticələri, gənc istedadların inkişafına yönəlmiş proqramlar və təhsil layihələri barədə məlumat verilib.

Federasiyanın beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu istiqamətdə görülən hazırlıq işləri də diqqətə çatdırılıb.

Görüş çərçivəsində ölkədə bədən tərbiyəsi və idman sahəsində qanunvericiliyin inkişaf perspektivləri, mövcud hüquqi bazanın təkmilləşdirilməsi imkanları, idman federasiyalarının fəaliyyətinin daha da gücləndirilməsi və gənc nəslin idmana cəlb olunmasının təşviqi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər idmanın davamlı inkişafının təmin olunmasında dövlət dəstəyi, effektiv idarəetmə, müasir hüquqi mexanizmlər və aidiyyəti qurumlar arasında əməkdaşlığın mühüm rol oynadığını vurğulayıblar.

Səmimi və konstruktiv şəraitdə keçən görüşün sonunda qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi, idman sahəsində qabaqcıl təcrübələrin tətbiqi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub.

Görüş iştirakçıları Azərbaycan idmanının, xüsusilə də cüdonun gələcək inkişafı istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Daha sonra Milli Məclisin Gənclər və İdman Komitəsinin nümayəndə heyəti Milli Komandaların Təlim-Məşq Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Qonaqlara idmançıların hazırlıq prosesi, məşq zalları, bərpa və tibbi xidmət imkanları, həmçinin milli komandaların yüksək səviyyədə hazırlığının təmin edilməsi üçün yaradılmış müasir infrastruktur barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirərək, ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən bu cür layihələrin əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Neftçi" "Qəbələ"yə qalib gəlir - YENİLƏNİR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
“Neftçi”nin hücumçusu milliyə çağırılıb
“Gəncə” və “Neftçi” yoxlama matçı keçirəcək
“Naxçıvan” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb - RƏSMİ
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə edib
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan boksçularından Avropa çempionatında 2 qələbə
Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı
"Beşiktaş" "Marsel"ə belə qalib gəldi - VİDEO
Azərbaycan yığmalarından növbəti qələbə
Azərbaycan yığmasında yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı olacaq
“Turan Tovuz” – “Zirə” matçının hakimləri açıqlanıb
"Şahdağ Qusar"ın qələbəsi - VİDEO
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix məlumdur
"Beşiktaş" və "Yuventus"dan qələbə, "Seltik" uduzdu - NƏTİCƏLƏR
İspaniya Super Kuboku Türkiyədə!