Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...

WUF13 ərəfəsində inklüziv antidopinq yanaşmalarına dair beynəlxalq konfrans keçirilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gender bərabərliyi çərçivəsində şəhər və regionlarda idman mühitindəki qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Pressing.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirin əsas məqsədi idmanda gender əsaslı yanaşmalar, inklüzivlik, sağlam və təhlükəsiz idman mühitinin formalaşdırılması, eləcə də antidopinq siyasətində müasir və effektiv mexanizmlərlə bağlı beynəlxalq təcrübənin paylaşılması və müzakirələrin aparılması olub.

Tədbirin açılış mərasimində Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatı, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının sədri Nigar Arpadarai, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun şöbəsinin müdiri Cəmilə İsmayılzadə və London Ali İqtisadiyyat Məktəbinin elmi işçisi Deen Sharp çıxış edərək idmanda inklüziv və gender əsaslı yanaşmaların təşviqinin müasir idman siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, sağlam idman mühitinin formalaşdırılmasında təhsil müəssisələrinin, federasiyaların və aidiyyəti qurumların əməkdaşlığı vacib məqamdır. Qadın və qızların idmanda iştirak imkanlarının genişləndirilməsi cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gender əsaslı yanaşmanın təmin olunması isə yalnız sosial deyil, həm də institusional məsuliyyət məsələsidir.
Konfrans işini plenar sessiyalar ilə davam etdirib.

Birinci plenar sessiya “Qadın idmançılar üçün inklüziv mühit: risk faktorları, sağlamlıq və təhsil yanaşmaları” mövzusuna həsr olunub. Sessiyaya moderatorluğu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə edib.

Sessiyada Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Hertfordshire Universitetinin professoru Mike Callan çıxış ediblər.

Konfransın ikinci plenar sessiyası “Gender əsaslı antidopinq siyasəti: inklüziv idarəetmə və institusional mexanizmlərin effektivliyi” mövzusuna həsr olunub. Sessiyaya moderatorluğu AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev edib.

Sessiyada AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, həmçinin “Marylebone Health Group”un (Birləşmiş Krallıq) nümayəndəsi Dr. Paulina Kloskowska çıxış ediblər.

Tədbirin yekununda təşkilatçılar bütün tərəfdaşlara, spikerlərə və iştirakçılara təşəkkürlərini bildirərək, keçirilən müzakirələrin təmiz idman prinsiplərinin, gender bərabərliyinin və təhlükəsiz idman mühitinin daha da inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Oxşar xəbərlər


Bütün xəbərlər

Millətlər Liqası: İngiltərədən darmadağın - NƏTİCƏLƏR
"Turan Tovuz" "Fənərbağça"ya uduzdu
Rəşad Sadıqov: “Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
Qurban Qurbanov "Zirə" üzərində qələbədən danışdı
Bakıda keçirilən mundial yekunlaşıb
"İmişli" "Şəfa" ilə heç-heçə edib
"Qarabağ" "Zirə"yə qalib gəlib
3 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Yenə hamını qabaqladı
Albaniyalı futbolçu "Qəbələ"də - RƏSMİ
Azərbaycan gimnastlarından 6 medal
Ayxan Abbasov: “Təzyiqə tab gətirməlisən, bir oyunla hər şey bitmir”
“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə