Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

AMADA bu tarixləri “Ədalətli idman həftəsi” elan etdi

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2025-ci il 11 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.

Təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2025-ci il 7 - 13 aprel tarixlərini ölkəmizdə “Ədalətli idman həftəsi” elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il əlamətdar günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda postların #PlayTrueDay həştəqi vasitəsilə paylaşılmasını təklif edir.

“Ədalətli idman həftəsi - 2025” ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə “Ədalətli idman həftəsi – 2025” barədə danışarkən deyib: “İdman yalnız fiziki güc nümayişi deyil, eyni zamanda dürüstlük, zəhmət, əzm və ədalət prinsiplərinə əsaslanan bir həyat tərzidir. Ədalətli İdman Gününün qeyd olunması idmanda şəffaflıq prinsiplərini və idmançıların öz bacarıqlarına güvənməsinin vacibliyini bir daha ön plana çıxarır. İdmanda dopinqə yer yoxdur. O, yalnız qaydaları pozmaq deyil, həm də idmanın mahiyyətini, onun ruhunu məhv etmək deməkdir. Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək”.

WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edir. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar