Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycanlı idmançılar “Ədalətli oyun və sülh naminə Avropanı keçək” estafetində

Azərbaycan idmançıları “Ədalətli oyun və sülh naminə Avropanı keçək” estafetinə qoşulublar.

Pressing.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidməti məlumat yayıb.

Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 30 illik yubileyi münasibətilə həyata keçirilən “Ədalətli oyun və sülh naminə Avropanı keçək” təşəbbüsü çərçivəsində azərbaycanlı idmançılar Bakıdan Brüsselə qədər olan 3659 km-lik rəmzi məsafəni uğurla tamamlayıblar.

Qeyd olunan məsafə ölkə üzrə müxtəlif idman növlərini (atletika – 2150 km, velosiped 1000 km, alpinizm – 210 km, taekvondo – 174 km, güləş – 85 km, üzgüçülük – 40 km) təmsil edən 62 idmançı tərəfindən kollektiv şəkildə qət olunub.

Təşəbbüs MOK-un Ədalətli Oyunlar Komissiyası və Atletlər Komissiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. İdmançılarımızın Avropa estafetinə cəlb olunmalarında əsas məqsəd ədalətli oyun, sülh və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etmək olub.

Layihə təkcə idman bacarıqlarını deyil, həm də komandada işləmək, həmrəylik və idman ruhunu nümayiş etdirib.

Qeyd edək ki, layihə mayın 19-da Yunanıstanın Olimpiya şəhərində keçiriləcək Dünya Ədalətli Oyunlar Günü ilə yekunlaşacaq.

Oxşar xəbərlər