Xəbər lentiwidget-title-icon

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur
"Şirvan"dan darmadağın - VİDEO
Bir qolun sirri... – YAZI
Keyndən daha bir rekord
NTD və “Ordu”dan məğlubiyyət - ABL
Azərbaycanın 2 boksçusu AÇ-yə qələbə ilə başlayıb
"Sabah"ın futbolçusunun komandasından heç-heçə
"Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu
Ayxan Abbasov: "Sevindirici hallar çox oldu"

Azərbaycanda VII Uşaq Paralimpiya İdman Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və “Azercell Telecom” MMC-nin maliyyə dəstəyi ilə Paralimpiya İdman Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb.

Pressing.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından bəhs ediblər.

Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən paralimpiyamızın inkişafıına xüsusi diqqət və qayğısı nəticəsində idmançılarımızın, həmçinin paralimpiyaçılarımızın tarixi qələbələr əldə etdiyi vurğulanıb.

Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. Keçirilən bu VIl Uşaq Paralimpiya İdman Oyunlarının da ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, yarışların iştirakçılarına uğurlar arzu edilib.

Oyunlarda 120 uşaq paralimpiyaçı iştirak edir. Onlar 5 idman növü (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, para-pauerliftinq) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar.

Bu idman oyunlarının keçirilməsində əsas məqsəd 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və paralimpiya idman növlərində çıxış edən peşəkar idmançılar yetişdirməkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər