Xəbər lentiwidget-title-icon

"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Turan" İstanbulda "Fənərbağça"ya məğlub olub
Malen hamını qabaqladı
"Fənərbağça"ya "yaşıl işıq"
Azərbaycan şahmatçılarının oktyabr üçün FIDE reytinqi müəyyənləşib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
0:5-dən sonra xalqı düşünürdünüz, bəs indi? – YAZI
PL klubu yeni sponsorla müqavilə bağlayıb

Afiq Süleymanovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan İdman Veteranları İttifaqının təşkilatçılığı ilə uzun illər Azərbaycan idmanının inkişafına xidmət etmiş, “Bədən Tərbiyəsi və İdman Xadimi” Afiq Süleymanovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Pressing.az xəbər verir ki, “Marriot Abşeron” hotelində düzənlənən tədbirdə idman federasiyalarının prezidentləri və nümayəndələri, idman mütəxəssisləri, dünya, paralimpiya və Avropa çempionları, KİV nümayəndələri və yubilyarın qonaqları iştirak ediblər.

Tədbir, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra mərasimin aparıcısı tanınmış jurnalist Vüsal Qurbanov qonaqları Afiq müəllimin keçdiyi zəngin həyat yolu ilə ətraflı məlumatlandırıb. İlk təbriki isə Azərbaycan idmanının ağsaqqalı, Azərbaycan İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov edib. Yaşar müəllim yubilyar üçün xüsusi hazırlanmış plaketi Afiq müəlimə təqdim edib. Ona möhkəm can sağlığı, özündən nümunə götürərək 90-100 illiyini qeyd etməyi arzuladı.

Növbəti təbriki isə yubilyarın uzun illər çalışdığı Milli Paralimpiya Komitəsi etdi. Mətbuat xidmətinin rəhbəri Fərid Qarazadə komitə rəhbərliyinin təbrik məktubunu oxuyaraq Afiq müəllimə təqdim etdi.

Sonra “Sportsman” jurnalının Afiq müəllimin fotoşəkillərindən hazırladığı slayd ekranda nümayiş olundu. Nümayişin ardınca “Sportsman” jurnalından daha bir hədiyyə - üz səhifədə Prezident İlham Əliyevin Afiq müəllimə “Tərəqqi” medalını təqdim etdiyi fotoşəkil olmaqla jurnalın yeni buraxılışı yubilyara təqdim edildi. Jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu veteran mütəxəssisi təbrik edərək onunla xatirə şəkli çəkdirdi.

Pankration, Grappling MMA federasiyasının prezidenti Azad Əsgərov, güləş üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov, dünya və paraolimpiya rekordçumuz Oluxan Musayev və digər idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək Afiq Süleymanovun 70 yaşını təbrik etdilər. Rəsmi hissədən sonra mərasim çay süfrəsi ilə davam etdi.

Oxşar xəbərlər

Bütün xəbərlər