Xəbər lentiwidget-title-icon

Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi
Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov

Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Futbolda bəzən ən çox sual doğuran qərar meydanda yox, meydandan kənarda verilən olur.

Ayxan Abbasov A milliyə U-21-in üç üzvünü - Rəvan Mirzəmmədovu, Edqar Adilxanovu və Oruc Məmmədovu dəvət etdi. İlk baxışdan bunu alqışlamaq lazımdır. Gənc futbolçuların A milliyə çağırılması onların inkişafı baxımından müsbət addımdır. Amma bir sual yaranır: əgər rəsmi matçlarda oynatmayacaqdınsa, xüsusən də U-21-in qarşıda vacib oyunları olduğu halda, bu futbolçuları niyə aparırdın?

Litva ilə başa çatan oyunda (1:1) Oruc ehtiyatda qaldı, Rəvan da meydana çıxmadı. Edqarın adı isə, ümumiyyətlə, iştirak ərizəsinə salınmadı.

Burada söhbət artıq “niyə bu futbolçu oynamadı?” sualından getmir. Məsələ U-21-in maraqlarının nə qədər nəzərə alındığıdır.

Rəşad Eyyubovun komandası Çexiya ilə oyuna ciddi itkilərlə çıxmışdı. Buna baxmayaraq, güclü rəqib qarşısında 1:1 hesablı nəticə əldə etdi. Üstəlik, komandanın oyununda nə etmək istədiyi görünürdü: topsuz oyunda təşkilatlanma, taktiki plan, intizam və meydanda görülən iş var idi. Edqarla Oruc komandanın gücünə güc qata bilərdilər.

İndi həmin komandanın qarşıda Şotlandiya və Cəbəllüttariqlə oyunları var. Tarixinin ən yaxşı seçmə mərhələlərindən birinə yaxınlaşan komandanın heyətini mümkün qədər qorumaq lazım deyilmi?

Əlbəttə, A millinin futbolçunu çağırmaq haqqı var. Amma çağırılan futbolçu oynadılmırsa, burada artıq başqa sual meydana çıxır: bu, həqiqətən A milliyə ehtiyac idi, yoxsa sadəcə “mən də bu futbolçunu çağırdım” demək ehtiyacı?

Çünki kənardan baxanda ortaya çox xoşagəlməz görüntü çıxır.

Sanki U-21-də yaxşı iş görülürsə, bunun altını qazmaq lazımdır. Sanki Rəşad Eyyubovun komandası diqqət çəkirsə, onun əsas silahlarından bir neçəsini öz yanına götürmək lazımdır. Sanki burada futbolçunun inkişafından daha çox “mənim komandamın futbolçusudur” yanaşması önə keçir.

Buna qısqanclıq görüntüsü deməmək çətindir.

Xüsusən də A millinin son oyununa baxanda bu sual daha da böyüyür.

Tacikistanla oyunda qol qapıçı səhvi ilə gəldi. Litva ilə matçda qapıçının yardımı oldu.

Millinin oyunun ümumi görüntüsündə sistemli hücum quruculuğu barədə ciddi suallar yenə qaldı.

A milli U-21-in futbolçularını çağıranda onları inkişaf etdirmək üçün çağırmalıdır. Əgər oynatmayacaqsa, heç olmasa U-21-in vacib oyunlarını, həmin futbolçuların oradakı rolunu və komandanın nəticə perspektivini də nəzərə almalıdır.

Futbolda sağlam rəqabət yaxşıdır. Amma qısqanclıq varsa, milli itirir.

Rəşad Eyyubovun U-21-i nəyəsə yaxınlaşırsa, Ayxan Abbasovla İlqar Qurbanovun işi onun qarşısını kəsmək yox, həmin uğuru daha da böyütmək olmalıdır.

Çünki milli komandalar bir-birinə rəqib deyil.

A milli U-21-in rəqibi yox, davamıdır.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər