Xəbər lentiwidget-title-icon

Azərbaycan millisi Andorranı məğlub etdi
Mahir Emrelinin komandasından məğlubiyyət
25 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Bu gün "Sabah" - "Qarabağ" oyunu var!
Azərbaycan cüdoçularından Düşənbədə üç medal
"Neftçi" - "Turan Tovuz" oyununda vurulan 2 qol - VİDEO
"Kəpəz"dən geridönüş - VİDEO
Ramil Şeydayev oynadı, "Soçi" qələbə qazandı
İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında

Azərbaycanla Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu barədə Pressing.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

2025-ci ilin martında AMADA ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb.

Görüş zamanı Anlaşma Memorandumundan irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

Görüşdə beynəlxalq antidopinq standartlarının tətbiqi, Ümumdünya Antidopinq Agentliyinin (WADA) müəyyən etdiyi tələblərə uyğunluq və Avropa Şurasının Antidopinq Konvensiyasının icrası ilə bağlı aktual məsələlər də müzakirə edilib. Həmçinin gələcək əməkdaşlıq planları çərçivəsində antidopinq təlimlərinin təşkili, laboratoriya imkanlarının inkişafı və idmançılara dəstək məqsədilə ortaq təhsil proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Sonra tərəflər 2026-cı ilin mayında Las-Veqasda keçirilməsi planlaşdırılan və dopinqi açıq şəkildə təşviq edən “Enhanced Games” adlı yarışla bağlı narahatlığını bölüşərək, bu cür təşəbbüslərin idmançıların sağlamlığına və təmiz idman prinsiplərinə ciddi təhlükə yaratdığını vurğulayıblar. Bu cür tədbirlərin idmanda ədalətli rəqabətə zidd olduğu və gənclərə mənfi təsir göstərdiyi xüsusi qeyd olunub.

Tərəflər beynəlxalq antidopinq siyasətinə sadiqliyin vacibliyini vurğulayıb və bu istiqamətdə regional və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda belə səfərlərin və tərəfdaşlığın yalnız yerli deyil, beynəlxalq idman ictimaiyyətində də təmiz idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcəyi bildirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər